Yaşıl meydanlarda durum
Fransa milli futbol çempionatında 8-ci tur geridə qalıb. Novator.az-ın məlumatına görə, turnir cədvəlinə 24 xalla PSJ başçılıq edir. “Lill” 16, “Monpelye” və “Sent-Etyenn” 15, “Lion” 14, “Marsel” 13 xal toplayıb. İngiltərə çempionatında 7 turdan sonra “Mançester Siti” və “Liverpul” 19 xalla zirvəni ...
Tibb üzrə Nobel mükafatı iki alimə verildi
2018-ci ilin fiziologiya və tibb üzrə Nobel mükafatına iki alim – amerikalı Ceyms Ellison və yaponiyalı Tasuku Hondze layiq görülüblər. Novator.az xəbər verir ki, qərarı oktyabrın 1-də Stokholmdakı Kral Tibb İnstitutunun Nobel komitəsi açıqlayıb. Alimlər Nobel mükafatına xərçəngin immun terapiyası ü...
Ən çox qoyulan adlar
2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda doğulmuş uşaqlara ən çox qoyulan adlar bəlli olub. Novator.az bildirir ki, oğlan adları içində Yusif öndədir. Bu ad 9 ayda 1763 uşağa verilib. Digər populyar adlar belə sıralanır: Əli (1433 uşaq), Hüseyn (1294), Uğur (1113), Ömər (1101), Məhəmməd (...
Məzənnələrin 9 ayı
Novator.az xarici valyutaların rəsmi məzənnələrinin 9 ayda necə dəyişməsinə nəzər salıb. Avro 2018-ci ilə 2,0431 manatla start verib. 9 ay 1,9799 manatla bitib. Mərkəzi Bank Rusiya rublunu 2018-ci ildə 0,0297 manatla qarşılayıb. 9 ay 0,0259 manatla yekunlaşıb. 2018-ci ilə 0,4495 manatla başlayan tür...
“Yeni Müsavat” 6 dəfəyə döndü
Oktyabrın 1-dən “Yeni Müsavat” qəzeti yenidən həftədə 6 dəfə çıxmağa başlayıb. Novator.az-ın məlumatına görə, qəzet həftənin birinci, ikinci, üçüncü, dördüncü, beşinci, altıncı günləri işıq üzü görəcək. “Yeni Müsavat” dövriliyini yay mövsümü ilə əlaqədar azaltmış, iyulun 16-dan bazar ertəsi sayı ixt...
Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti
Oktyabrın 1-nə Silahlı Qüvvələrə Yardım Fonduna 94 milyon manat, 213,6 min ABŞ dolları, 12,7 min avro və 5 min rubl vəsait daxil olub. Xəbəri Müdafiə Nazirliyi yayıb. Silahlı Qüvvələrə Yardım Fondu 2002-ci ildə yaradılıb. Qurumun maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil ...
Oktyabrın siftəsi
Mərkəzi Bank oktyabrın 1-də ABŞ dollarının (1,7 manat) və Rusiya rublunun (0,0259 manat) məzənnələrini sabit saxlayıb. Avronun rəsmi kursu 1,9712 manata düşüb. Dəyər itirən gürcü larisi banklara 0,6507, ingilis funt sterlinqi 2,2141, türk lirəsi 0,2816 manata satılır (Məzənnələr).
“Atəşkəs rejiminə ehtiyac da qalmaz”
Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdir müavini Hikmət Hacıyev AZƏRTAC-a açıqlamasında prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı söhbəti şərh edib. İlham Əliyevlə Nikol Paşinyanın söhbəti sentyabrın 28-i Düşənbədə olub. Rəsmi məlumata görə, prezi...
Yerevan merinin adı qətiləşdi
Ermənistanın Mərkəzi Seçki Komissiyası Yerevan Şəhər Şurasına sentyabrın 23-də keçirilmiş seçkinin nəticələrini təsdiqləyib. Novator.az bildirir ki, rəsmi qərara görə, 65 yerlik Şəhər Şurasına üç qüvvə düşüb. Baş nazir Nikol Paşinyanın dəstəklədiyi “Mənim addımım” bloku 57 mandatla birinci olub. Şəh...
Paytaxtda Qarabağ mitinqi
Bir qrup ictimai-siyasi xadimin yaratdığı Qarabağ Komitəsi sentyabrın 29-u Bakıda mitinq keçirib. Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (“İnşaatçılar” metro stansiyasının yanı) keçirilən aksiyada Azərbaycan torpaqlarının işğaldan azad edilməsi tələb olunub. Qarabağ Azadlıq Təş...
Oktyabr havası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti oktyabr ayına olan hava proqnozunu açıqlayıb. Rəsmi məlumata görə, orta aylıq temperaturun Bakıda və Abşeron yarımadasında 16-18 dərəcə isti (gecələr 12-17, gündüzlər 19-24, bəzi günlərdə 26-29 dərəcə isti) olacağı gözlə...
Yeni cinayət işi Məmməd İbrahimi həbsdə saxladı
Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin təqdimatına baxaraq AXCP sədrinin müşaviri, məhbus Məmməd İbrahim haqqında 2 aylıq həbs qətimkan tədbiri seçib. Məhbusun Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ittiham olunduğu açıqlanıb, o, saxlandığı 16 saylı Cə...
Elmar Məmmədyarovdan Qarabağ çağırışı
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 28-i BMT Baş Assambleyasının iclasında çıxış edib. Mfa.gov.az-ın məlumatına görə, nazir Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Həll olunmamış silahlı münaqişələr, təhlükəsizlik çağırışları və bunlardan doğan humanitar böhran inkişaf tər...
Ermənistanla razılaşma, nazirdən tapşırıqlar
Azərbaycan prezidentinin mətbuat xidməti rəsmi açıqlama yayaraq sentyabrın 28-i Düşənbədə dövlət başçısı İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olduğunu açıqlayıb. Xəbərə görə, prezident və baş nazir Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttind...
Məmməd İbrahim azadlığa çıxa biləcəkmi?
Üç illik həbs müddəti başa çatmaqda olan AXCP sədrinin müşaviri Məmməd İbrahim saxlandığı 16 saylı Cəzaçəkmə Müəssisəsində cərimə təcridxanasına salınıb. Novator.az bildirir ki, Məmməd İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs edilib. O, Mikayıl Q...
Prokurorluq əməkdaşları təltif olundu
Prezident İlham Əliyev baş prokuror Zakir Qaralovu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. Sentyabrın 28-də imzalanan sərəncamla Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi münasibətilə bu şəxslər də təltif olunub: 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə ...
Paşinyan Azərbaycan prezidenti ilə söhbətləşdiyini bəyan edib
Sentyabrın 28-də Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində açıqlama yayaraq Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə söhbətləşdiyini bəyan edib. Novator.az-ın məlumatına görə, Nikol Paşinyan təfərrüatları Yerevana qayıtdıqdan sonra açıqlayacağın...
Nəsib Nəbioğlunun kitabının təqdimat mərasimi keçirilib
Sentyabrın 27-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış şair Nəsib Nəbioğlunun seçilmiş əsərlərinin I cildinin təqdimat mərasimi keçirilib. Tədbirdə yazıçı Anar, şair Ramiz Rövşən, şair Fikrət Qoca, yazıçı Seyran Səxavət, yazıçı Çingiz Abdullayev, professor Qəzənfər Paşayev, fil...
Oğlunu itirən şuşalı köçkün prezidentdən kömək istəyir
Bakının Mərdəkan qəsəbəsində, Qaranquş sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün Akif Bulud oğlu Dəmirov prezident İlham Əliyevə müraciət edib. Novator.az-a təqdim etdiyi müraciətində Akif Dəmirov yazır: “Möhtərəm cənab Prezident! Sizə təsvirəgəlməz böyük kədər içində üz tutmaq məcburiyyəti...
Eyni fakt üzrə ikinci inzibati tənbeh mümkün oldu
Konstitusiya Məhkəməsinin Plenumu Xətai Rayon Məhkəməsinin müraciəti əsasında İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsini həmin məcəllənin 9.2 və 35-ci maddələri ilə əlaqəli şəkildə şərh edib. Xətai Rayon Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciətində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mad...