Orduda yeni komanda idarəetmə məntəqəsi
Dekabrın 14-də müdafiə naziri general-polkovnik Zakir Həsənov baş idarələrdən birinin yeni komanda idarəetmə məntəqəsinin açılışında iştirak edib. Nazirə bildirilib ki, komanda məntəqəsi tabelikdə olan bölmələrin operativ idarə olunması və qərarların qəbul edilməsi üçün yuxarı komandanlığa məruzələr...
Sərhədçilər ilə yekun vurdu
Dekabrın 14-ü Dövlət Sərhəd Xidmətində 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib. Rəsmi məlumata görə, müşavirədə məruzə ilə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev deyib ki, bu il xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 1...
Babək prospekti yeniləndi
Bakının Babək prospektində, 9 kilometrlik avtomobil yolunda yenidənqurma işləri yekunlaşıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bildirir ki, prospekt boyunca 4 kilometrə yaxın kanalizasiya kollektoru, 1000 və 800 millimetr diametrli polad borularla ümumilikdə 30 kilometrə yaxın su xətti çə...
Maliyyə Sabitliyi Şurası yeni hesabat verib
Mərkəzi Bank 2016-cı il iyulun 15-də yaradılmış Maliyyə Sabitliyi Şurasının 11 dekabr 2018-ci il iclasından məlumat yayıb. Qeyd olunur ki, 9 ayın yekunlarına həsr edilmiş iclası baş nazir, Maliyyə Sabitliyi Şurasının sədri Novruz Məmmədov aparıb. Hesabata əsasən, 9 ayda ümumi daxili məhsul qeyri-nef...
“Həbsxana həyatını kitabsız təsəvvür etmək mümkün deyil”
“Bəzən hər həftə, bəzən iki həftədən bir görüşürük. Səhhəti və əhvalı yaxşıdır. Günlərini kitab oxumaqla keçirir. Həbsxana həyatını kitabsız təsəvvür etmək mümkün deyil”. Bunu Novator.az-a məhbus jurnalist Seymur Həzinin həyat yoldaşı Nigar Həzi deyib. “Azadlıq” qəzetinin əməkdaşı, AXCP-nin öncül şə...
İşğalçı rejimdə yeni “müdafiə naziri”
İşğalçı Dağlıq Qarabağ rejiminin “müdafiə naziri” dəyişib. Novator.az-ın məlumatına görə, Levon Mnasakanyanı Karen Abramyan əvəzləyib. General-mayor Levon Mnasakanyan “müdafiə naziri” postunu 2015-ci ildən tuturdu. Dekabrın 14-də işğalçı rejimin başçısı Bako Saakyan yeni “naziri” ordu rəhbərliyinə t...
Əli Kərimlinin cəzası qüvvədə qaldı
Bakı Apellyasiya Məhkəməsi AXCP sədri Əli Kərimlinin Səbail Rayon Məhkəməsinin qərarından şikayəti üzrə prosesi yekunlaşdırıb. Dekabrın 14-də çıxarılan qərar aşağı məhkəmənin qərarının qüvvədə saxlanmasını nəzərdə tutur. Əli Kərimli noyabrın 17-si – Milli Dirçəliş Günü AXCP üzvləri və təəssübkeşləri...
Sərmayədə azalma, sənayedə artım
Dövlət Statistika Komitəsi sərmayə hesabatı yayıb. Novator.az-ın məlumatına görə, rəsmi açıqlamada bildirilir ki, 2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 12 milyard 899,4 milyon manat və ya əvvəlki ilin 11 ayı ilə müqayisədə 8,8 fa...
Klub turnirlərində 19 ölkənin 48 komandası qalır
UEFA-nın klub turnirləri olan Çempionlar Liqası və Avropa Liqasında qrup raundları arxada qaldı. Novator.az-ın məlumatına görə, 237 klubun buraxıldığı mövsümü 2019-cu ilin fevralından 19 ölkənin 48 komandası (Çempionlar Liqasında 16, Avropa Liqasında 32 klub) davam etdirəcək. Təsnifat və qrup mərhəl...
Məhbus jurnalistin şikayətinə baxılıb
Dekabrın 13-də Səbail Rayon Məhkəməsində Realliq.info saytının həbsdə olan baş redaktoru İkram Rəhimovun şikayətinə baxılıb. Şikayət İkram Rəhimovun evində, avtomobilində axtarış aparılması, götürmənin həyata keçirilməsi, kompüter və telefon yaddaşına baxış keçirilməsi ilə bağlı olub. Jurnalist məhk...
ABŞ-ın Azərbaycan səfiri Senatdan keçdi
ABŞ Senatı prezident Donald Trampın təqdimatına baxaraq İrli Litsenbergeri Azərbaycanda səfir postuna təsdiqləyib. Səsvermə dekabrın 13-də keçirilib. İrli Litsenberger ABŞ-ın Serbiya, Qırğızıstan səfirliklərində, NATO missiyasında çalışıb. Son təyinata qədər Dövlət Departamentində hərbi-siyasi məsəl...
14 dekabr məzənnələri
Dekabrın 14-də avro (1,9314 manat) və Gürcüstan larisi (0,6377 manat) ucuzlaşıb. Mərkəzi Bank məzənnələri sabit qalan ABŞ dollarını 1,7, Rusiya rublunu 0,0256 manata təklif edir. İngiltərə funt sterlinqinin kursu 2,1474, Türkiyə lirəsi 0,3176 manata yüksəlib (Məzənnələr). 2018-ci ilə 1,7001 manatla ...
Tamerlan Qarayev Litva yolunda
Prezident İlham Əliyev Tamerlan Qarayevi Azərbaycanın İndoneziya, Filippin, Sinqapur və Şərqi Timorda səfir, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası yanında daimi nümayəndəliyin başçısı vəzifələrindən geri çağırıb. Dekabrın 13-də imzalanan digər sərəncamla Tamerlan Qarayev Azərbaycanın Litvada sə...
Xələf Xələfovun vəzifəsi dəyişdi
Prezident İlham Əliyev Xələf Xələfovu xarici işlər nazirinin müavini vəzifəsindən azad edib. Sərəncam dekabrın 13-də imzalanıb. Elə həmin gün Xələf Xələfov baş nazir Novruz Məmmədovun sərəncamı ilə Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsinə təyinat alıb. Əsasnaməsinə görə, Nazirlər Kabinetinin ...
Mərhələni kimlər keçdi?
UEFA Avropa Liqasının E qrupunda Azərbaycanı təmsil edən “Qarabağ” komandası dekabrın 13-də sonuncu oyununu keçirib. Novator.az-ın məlumatına görə, Londonda “Arsenal”ın qonağı olan ağdamlılar 0:1 hesabı ilə uduzaraq qrup turnirini axırıncı pillədə başa vurublar. Lissabonda Ukraynanın “Vorskla” klubu...
Bakıda yeni Gənclər Mərkəzi
Dekabrın 13-də prezident İlham Əliyev paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yeni inşa edilmiş Gənclər Mərkəzinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Gənclər Mərkəzi yenidən qurulan istirahət parkında yerləşir. Ərazisi 2,3 hektar olan parkda yenidənqurma işlərinə 2014-cü ilin...
Xətainin icra başçısı işdən çıxarıldı
Dekabrın 13-də prezident İlham Əliyev Razim Məmmədovun Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb. Novator.az bildirir ki, Razim İsa oğlu Məmmədov 21 iyun 1966-cı ildə Ermənistanda anadan olub. 1991-ci ildə Moskva Kooperasiya İnstitutunun əmtəəşünaslı...
Məhbus jurnalistlər: Türkiyə şəriksiz liderdir
Mərkəzi qərargahı ABŞ-da olan Jurnalistləri Müdafiə Komitəsi dekabrın 13-də məhbus jurnalistlərlə bağlı hesabat yayıb. Novator.az bildirir ki, hesabata görə, dünyada 251 jurnalist həbsdədir. Onların 33-ü qadındır. Türkiyədə 68, Çində 47, Misirdə 25, Səudiyyə Ərəbistanı və Eritreyanın hər birində 16,...
Avropa Məhkəməsi Azərbaycanı 64 min avro cərimələdi
Dekabrın 13-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın 11 vətəndaşının şikayəti üzrə qərarını elan edib. Meydan.tv-nin xəbərinə görə, şikayətçilər bunlardır: jurnalistlər Aytən Ələkbərova (Fərhadova), İzolda Ağayeva, Gülər Mehdizadə, Aynurə Heydərova, Aynurə İmranova; hüquqşünaslar Ənnağı Hacı...
Gürcüstanda büdcə layihəsi qəbul olundu
Dekabrın 13-də Gürcüstan parlamenti 2019-cu ilin dövlət büdcəsi layihəsini qəbul edib. Novator.az-ın məlumatına görə, layihədə gəlirlər 12,9 milyard lari (4,8 milyard dollar), xərclər 13 milyard laridən (4,9 milyard dollar) çox göstərilir. Gəlirlərin 9,7 milyard larisini vergilərin hesabına formalaş...