Son materiallar
Xəbərlər yüklənir ...
Novator.az Mərkəzi Bankın rəsmi portalında bölgələrin kredit və əmanət göstəricilərinə nəzər salıb. Hesabata görə, paytaxt Bakıda 10 milyard 84,3 milyon manat kredit rəsmiləşib.
İqtisadi rayonlar üzrə statistika belədir:
Aran – 550 milyon manat
Abşeron – 493,3 milyon manat
Gəncə-Qazax – 467,8 milyon manat
Lənkəran – 197,9 milyon manat
Quba-Xaçmaz – 152,5 milyon manat
Şəki-Zaqatala – 141,7 milyon manat
Naxçıvan – 104,6 milyon manat
Dağlıq Şirvan – 67,8 milyon manat
Yuxarı Qarabağ – 46,3 milyon manat
Kəlbəcər-Laçın – 297,4 min manat.
Bakıda banklara 7,4 milyard manat əmanət qoyulub.
Kəlbəcər-Laçın iqtisadi rayonunun göstəricisi hesabatda yoxdur. Digər bölgələrin əmanət göstəriciləri belə sıralanır:
Abşeron – 183 milyon manat
Gəncə-Qazax – 130,7 milyon manat
Aran – 105 milyon manat
Quba-Xaçmaz – 49,1 milyon manat
Lənkəran – 44 milyon manat
Naxçıvan – 36,3 milyon manat
Şəki-Zaqatala – 35,1 milyon manat
Dağlıq Şirvan – 15 milyon manat
Yuxarı Qarabağ – 9,2 milyon manat.