Son materiallar
Xəbərlər yüklənir ...
Mərkəzi Bankın yeni hesabatına görə, ölkə üzrə 12 milyard 226,2 milyon manatlıq kredit portfelinin 10 milyard 157,9 milyon manatı Bakı şəhərinə aiddir. Novator.az bildirir ki, bölgələr üzrə göstəricilər belədir:
Aran iqtisadi rayonu – 498,4 milyon manat
Abşeron iqtisadi rayonu – 460,3 milyon manat
Gəncə-Qazax iqtisadi rayonu – 429,8 milyon manat
Lənkəran iqtisadi rayonu – 174,6 milyon manat
Quba-Xaçmaz iqtisadi rayonu – 145,2 milyon manat
Şəki-Zaqatala iqtisadi rayonu – 143,4 milyon manat
Naxçıvan iqtisadi rayonu – 101 milyon manat
Dağlıq Şirvan iqtisadi rayonu – 71,8 milyon manat
Yuxarı Qarabağ iqtisadi rayonu – 43 milyon manat
Kəlbəcər-Laçın iqtisadi rayonu – 673,1 min manat.
Əhalinin 7 milyard 370,6 milyon manatlıq əmanətinin 6 milyard 778,4 milyon manatı banklara Bakı şəhərində qoyulub.
Bölgələr üzrə göstəricilər belədir:
Abşeron iqtisadi rayonu – 159,9 milyon manat
Aran iqtisadi rayonu – 129,3 milyon manat
Gəncə-Qazax iqtisadi rayonu – 119,4 milyon manat
Lənkəran iqtisadi rayonu – 49,5 milyon manat
Quba-Xaçmaz iqtisadi rayonu – 42,6 milyon manat
Şəki-Zaqatala iqtisadi rayonu – 34,2 milyon manat
Naxçıvan iqtisadi rayonu – 34 milyon manat
Dağlıq Şirvan iqtisadi rayonu – 14,3 milyon manat
Yuxarı Qarabağ iqtisadi rayonu – 7,9 milyon manat
Kəlbəcər-Laçın iqtisadi rayonu – 972,9 min manat.