• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

79+158 (Klub turnirlərinə çıxanlar)

  • 04 Avqust 2020
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) klub turnirlərinə vəsiqə alan komandalar bəlli olub. Novator.az-ın məlumatına görə, 2020-2021 mövsümündə Çempionlar Liqasına 79, Avropa Liqasına 158 komanda buraxılıb.

Çempionlar Liqasında ilkin, birinci, ikinci, üçüncü ələmə mərhələləri tək, dördüncü mərhələ cüt oyunlardan ibarətdir.

İlkin raundda (8-11 avqust) Şimali İrlandiyadan “Linfild”, Kosovodan “Drita” Andorradan “İnter”, San Marinodan “Tre Fiori” yarışır.

Birinci mərhələyə (18-19 avqust) Kiprdən “Omoniya”, Serbiyadan “Srvena Zvezda”, Şotlandiyadan “Seltik”, Belarusdan “Dinamo” (Brest), İsveçdən “Yurqorden”, Norveçdən “Molde”, Qazaxıstandan “Astana”, Polşadan “Legiya”, Azərbaycandan “Qarabağ”, İsraildən “Makkabi” (Tel-Əviv), Bolqarıstandan “Ludoqorets”, Rumıniyadan “Kluj”, Slovakiyadan “Slovan”, Sloveniyadan “Selye”, Macarıstandan “Ferensvaroş”, Şimali Makedoniyadan “Sileks”, Moldovadan “Şerif”, Albaniyadan “Tirana”, İrlandiyadan “Dandolk”, Finlandiyadan KuPS, İslandiyadan “Reykyavik”, Bosniyadan “Sarayevo”, Litvadan “Suduva”, Latviyadan “Riqa”, Lüksemburqdan “Fola”, Ermənistandan “Ararat-Armenia”, Maltadan “Floriana”, Estoniyadan “Flora”, Gürcüstandan “Dinamo” (Tbilisi), Uelsdən “Konnah Kuey”, Monteneqrodan “Buduçnost”, Farer adalarından “Klaksvik”, Cəbəllütariqdən “Europa” vəsiqə alıb.

“Qarabağ”a bu mərhələdə “Fola”, “Yurqorden”, “Buduçnost”, “Flora”, “Dinamo” (Brest), “Riqa”, “Konnah Kuey”, “Klaksvik”, “Europa”, “Selye”, KuPS, “Reykyavik”, “Tirana”, “Sileks”, “Floriana” komandaları qismət ola bilər.

İkinci mərhələdə (25-26 avqust) Türkiyədən “Beşiktaş”, Niderlanddan “Alkmaar”, Avstriyadan “Rapid”, Çexiyadan “Viktoriya”, Yunanıstandan PAOK, Xorvatiyadan “Dinamo”, “Lokomotiva”, Danimarkadan “Midtülland”, İsveçrədən “Yanq Boyz” var.

Üçüncü mərhələyə (15-16 sentyabr) Fransadan “Renn”, Rusiyadan “Krasnodar”, Portuqaliyadan “Benfika”, Belçikadan “Gent”, Ukraynadan “Dinamo”, Çexiyadan “Slaviya”, Yunanıstandan “Olimpiakos” giriş əldə edib.

Dördüncü mərhələyə (22-29 sentyabr) Niderlanddan “Ayaks”, Avstriyadan “Zalsburq” ad yazdırıb.

Mövsümə qrup mərhələsindən (20 oktyabr-9 dekabr) başlayacaq klublar bunlardır: İspaniyadan “Real”, “Barselona”, “Atletiko”, “Sevilya”, İngiltərədən “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi”, İtaliyadan “Yuventus”, “İnter”, “Atalanta”, “Latsio”, Almaniyadan “Bavariya”, “Borussiya” (Dortmund), “Leypsiq”, “Borussiya” (Mönhenqladbah), Fransadan PSJ, “Marsel”, Rusiyadan “Zenit”, “Lokomotiv” (Moskva), Portuqaliyadan “Portu”, Belçikadan “Brügge”, Ukraynadan “Şaxtyor”, Türkiyədən “Başakşəhər”.

Çempionlar Liqasının 2019-2020 mövsümünü udan klub 2020-2021 turnirinin qrup raunduna vəsiqə alır. İndiki mövsümdə mübarizəni davam etdirən klublardan “Lion” (Fransa) və “Napoli” (İtaliya) qalib olmasa, yeni turnirdə qrup mərhələsinə vəsiqə Niderland təmsilçisi “Ayaks”a veriləcək.

Avropa Liqasında 2019-2020 mövsümünün qalibi də Çempionlar Liqasının 2020-2021 turnirinin qrup mərhələsinə buraxılacaq. İndiki mövsümdə yarışan komandalardan “Bayer”, “Volfsburq” (Almaniya), “Ayntraxt” (Frankfurt, Almaniya), “Bazel” (İsveçrə), LASK (Avstriya), “Kopenhagen” (Danimarka), “Xetafe” (İspaniya), “Reyncers” (Şotlandiya), “Olimpiakos” (Yunanıstan), “Vulverhempton”, (İngiltərə) və “Roma”nın (İtaliya) qalib olmayacağı halda qrup mərhələsinə vəsiqə Fransa təmsilçisi “Renn”ə keçəcək.

Avropa Liqasının 2020-2021 mövsümü avqustun 20-də start götürəcək. Turnirdə tək oyunlardan ibarət beş (Çempionlar Liqasından köçən komandalar üçün üç) təsnifat raundu var. Azərbaycan təmsilçiləri – Bakının “Neftçi”, “Keşlə” klubları və “Sumqayıt” komandası yarışa ilkin raunddan sonra, birinci mərhələdən (27 avqust) qoşulur.

Güclülər səbətində yer alan “Neftçi” və “Keşlə”nin potensial rəqibləri bunlardır: Bolqarıstandan “Lokomotiv” (Plovdiv), “Slaviya”, Rumıniyadan “Botoșani”, Polşadan “Pyast”, “Krakoviya”, Estoniyadan “Levadiya”, “Payde”, Maltadan “Hibernians”, “Sayrens”, Slovakiyadan “Dunayska Streda”, “Rujomberok”, “Jilina”, Bosniyadan “Zelezniçar”, “Borats”, Albaniyadan “Laçi”, “Teuta”, Sloveniyadan “Mura”, Macarıstandan “Puşkaş Akademiya”, Gürcüstandan “Saburtalo”, “Dinamo” (Batumi), “Lokomotiv”, Şimali Makedoniyadan “Şkupi”, “Renova”, Moldovadan “Petrokub”, “Sfıntul”, “Dinamo-Avto”, Lüksemburqdan “Petanj”, “Differdanj”, Litvadan “Kauno Jalgiris”, Latviyadan RFS, “Valmeyras”, İrlandiyadan “Bohemians”, “Derri Siti”, Finlandiyadan “İnter”, “İlves”, “Honka”, İslandiyadan “Breydablik”, “Vikinqur”, Uelsdən “Bala Taun”.

Zəiflər səbətinə salınmış “Sumqayıt”ın mümkün rəqibləri arasında Kiprdən APOEL, “Apollon”, İsveçdən “Malmö “, “Hammarbü”, Serbiyadan “Partizan”, TSC, Rumıniyadan “Styaua”, “Universitatya”, Sloveniyadan “Maribor”, “Olimpiya”, İsraildən “Hapoel” (Beer-Şeva), “Makkabi” (Hayfa), “Beytar” (Yerusəlim), Norveçdən “Rusenborq”, “Bode-Qlimt”, Macarıstandan “Fehervar”, “Honved”, Şimali Makedoniyadan “Şkendiya”, Uelsdən “Nyu Sents”, Belarusdan “Dinamo” (Minsk), “Şaxtyor” (Soliqorsk), Polşadan “Lex”, Şotlandiyadan “Aberdin”, “Motervell”, Bosniyadan “Zrinski”, Qazaxıstandan “Kayrat”, “Ordabası”, Litvadan “Jalgiris” (Vilnüs), “Riteryay”, Danimarkadan “Orxus”, Albaniyadan “Kukesi”, Lixtenşteyndən “Vaduts”, Maltadan “Valletta”, Latviyadan “Ventspils”, Sloveniyadan “Olimpiya”, İsveçrədən “Servett”, Estoniyadan “Nomme Kalyu”, İslandiyadan “Hafnarfyordur”, Lüksemburqdan “Proqres”, Bolqarıstandan SSKA, Monteneqrodan “Sutyeska”, İrlandiyadan “Şemrok Rovers” var.

Məhbus şər-böhtana məruz qaldığını bildirir

  • 03 Avqust 2020
  • comments

Fəttah Heydərov vəfat edib

  • 04 Avqust 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Trampın həftəsi – Hüquq professoru yazır

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Pəhləvi Trampa ismarış göndərib – “Foks Nyus”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

Putinin “onlayn yürüşləri”nə qarşı cəbhə açmaq gərəkdir

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Trampın həftəsi – Hüquq professoru yazır

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Trampın həftəsi – Hüquq professoru yazır

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Pəhləvi Trampa ismarış göndərib – “Foks Nyus”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda