“Avroviziya 2020” mahnı müsabiqəsindəki təmsilçisini seçən ölkələrin sayı 25-ə yüksəlib. Novator.az siyahını oxucuların diqqətinə çatdırır:
Albaniya – Arilena Ara
Avstraliya – Cessika Alissa Serro
Avstriya – Vinsent Bueno
Belçika – “Huverfonik” qrupu
Bolqarıstan – Viktoriya Georgiyeva
Böyük Britaniya – Ceyms Nyuman
Çexiya – Ben Kristovao
Ermənistan – Atena Manukyan
Fransa – Tom Lib
Gürcüstan – Tornike Kipiani
İspaniya – Blas Kanto Moreno
İsrail – Eden Alene
İtaliya – Antonio Diodato
Kipr – Alessandro Rütten (Sandro Nikolas)
Latviya – Samanta Tina
Litva – “Roop” qrupu
Malta – Destini Çukunyere
Niderland – Janqyu Makroy
Norveç – Ulrikke Brandstorp
Şimali Makedoniya – Vasil Qarvanliyev
Polşa – Alisia Semplinska
Rumıniya – Larisa Roxana
Sloveniya – Ana Sokliç
Ukrayna – “Go A” qrupu
Yunanıstan – Stefaniya Liberakakis.
Mayın 12-16-da Niderlandın Rotterdam şəhərində keçiriləcək “Avroviziya 2020”yə daha 16 ölkə qatılır: Almaniya, Azərbaycan, Belarus, Estoniya, Danimarka, Finlandiya, Xorvatiya, İrlandiya, İslandiya, İsveç, İsveçrə, Moldova, Portuqaliya, Rusiya, San Marino, Serbiya.
1956-cı ildən keçirilən “Avroviziya” yarışı ictimai teleradioları cəmləşdirən Avropa Yayım Birliyinin layihəsidir.