• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

38+36+44 (Klub turnirlərində durum)

  • 13 Avqust 2021
  • comments
  • hikmet
  • Posted in AktualXəbər

UEFA-nın klub turnirləri qrup mərhələsinə yön alıb. Novator.az bildirir ki, 2021-2022 mövsümünə 55 UEFA üzvünün 237 komandası buraxılıb, iyul və avqust aylarında 119 komanda tam ələnib, 15 ölkə təmsilçisiz qalıb.

38 komanda Çempionlar Liqasındadır: son ələmə mərhələsində 12 komanda yer alır, 26 komanda rəqiblərini qrup raundunda gözləyir.

Avropa Liqasında 36 komanda var.

Mübarizəyə Çempionlar Liqasında başlayan Azərbaycan təmsilçisi “Neftçi” ikinci raunddan sonra Avropa Liqasına köçüb, bu turnirin ilk təsnifat raundundan da Konfrans Liqasına ələnib.

Konfrans Liqasında 44 komanda mübarizə aparır. Turnirə ikinci mərhələdən qoşulan Azərbaycan təmsilçilərindən “Keşlə” və “Sumqayıt” həmin raundda ələniblər, “Qarabağ” isə mübarizəni davam etdirir.

Dördüncü mərhələdə (19-26 avqust) “Neftçi” İsraildən “Makkabi”yə (Hayfa), “Qarabağ” Şotlandiyadan “Aberdin”ə rəqib olub.

Hayfa “Makkabi”si 1913-cü ildə qurulub. 13 dəfə İsrail çempionu olub, 6 dəfə ölkə kubokunu qazanıb, 2 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə UEFA Avropa Liqasının qrup mərhələsində oynayıb.

1903-cü ildə yaradılmış “Aberdin” 4 dəfə Şotlandiya çempionu olub, 7 dəfə Şotlandiya kubokuna sahib çıxıb, 1 dəfə UEFA Kuboklar kubokunu, 1 dəfə UEFA superkubokunu əldə edib.

1937-ci ildə yaradılmış “Neftçi” üst-üstə 27 mövsüm SSRİ çempionatının güclülər dəstəsində yarışıb, 1966-cı ildə bürünc medallara sahib çıxıb. 1992-ci ildən keçirilən milli çempionatlarda 9 zəfəri var. 1 dəfə Avropa Liqasının qrup mərhələsində oynayıb.

Əsası 1951-ci ildə qoyulan “Qarabağ” komandası 1 dəfə Azərbaycan SSR-in çempionu, 8 dəfə müstəqil Azərbaycanın çempionu olub. 6 dəfə Avropa Liqasının qrup mərhələsində, 1 dəfə Çempionlar Liqasının qrup mərhələsində oynayıb.

Çempionlar Liqasının dördüncü mərhələsində ələnən komandalar Avropa Liqasına, Avropa Liqasının son təsnifat raundunda ələnən komandalar Konfrans Liqasına köçəcək.

Azərbaycan klub reytinqində 30-cu pillədədir. Reytinq klub turnirlərində son beş mövsümdə qazanılan əmsala əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, qrup mərhələsində, 1/8 final, 1/4 final, yarımfinal və finalda qələbə 2 xal, heç-heçə 1 xaldır.

Çempionlar Liqasının qrup mərhələsi 4 bonus xalı, 1/8 finalı 5 bonus xalı, 1/4 finalı, yarımfinalı və finalı 1 bonus xalı verir.

Avropa Liqasında qrup qalibi olmağa 4 bonus xalı, qrupda ikinci yeri tutmağa 2 bonus xalı, 1/8 finala, 1/4 finala, yarımfinala və finala adlamağa 1 bonus xalı düşür.

Konfrans Liqasında qrup qalibi olmaq 2 bonus xalı, qrupda ikinci yeri tutmaq 1 bonus xalı, yarımfinal və final 1 bonus xalı qazandırır.

Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.

Bu mövsüm Azərbaycan 1,500 əmsal əldə edib.

Həbsin bir ili

  • 13 Avqust 2021
  • comments

Hasilat açıqlaması, qiymət

  • 13 Avqust 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan seçki və boykot yollarında

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda