Ukraynanın Çerniqov vilayətinin İçnya rayonundakı silah anbarında baş verən hadisədən yeni məlumat yayılıb. Xəbərə görə, 38 yaşayış məntəqəsindən əhali çıxarılır. Vilayətdə 18 qəbul məntəqəsi yaradılıb.
Oktyabrın 9-u yerli vaxtla 3:30-da silah anbarında yanğın başlayıb. Partlayışlar ara vermir. 682,6 hektar ərazini əhatə edən anbarda 88 min ton silah-sursatın olduğu vurğulanır.
30 kilometr radiusda bütün uçuşlar, qatarların və avtomobillərin hərəkəti qadağan edilib.