• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Trampın dəstəyi Bakı və Yerevana cəsarət verir – ekspert

  • 23 Sentyabr 2025
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetŞərh

Karneqi Fondunun (ABŞ) əməkdaşı, Ermənistan-Azərbaycan münaqişəsi üzrə beynəlxalq ekspert, jurnalist Tomas de Vaal Cənubi Qafqazdakı sülh prosesindən yazıb.

Avqustun 8-i Azərbaycan prezidenti və Ermənistanın baş naziri Vaşinqtonda ABŞ prezidentinin şahidliyi ilə birgə bəyannamə imzalayıb sülh öhdəliyi götürüb, iki ölkənin xarici işlər nazirləri isə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar. ABŞ paytaxtında həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən, Ermənistandan keçən dəhlizin yaradılması razılaşdırılıb. Bu layihə ABŞ-ın patronajlığı ilə gerçəkləşəsidir.

Novator.az-ın məlumatına görə, Tomas de Vaal “Foreign Affairs” jurnalında dərc etdirdiyi təhlilində yazır ki, ABŞ prezidenti Donald Tramp diplomatik ustalığı sayəsində əhəmiyyətli irəliləyişə nail olub: “Ermənistanla Azərbaycan arasında ikitərəfli danışıqlardan sonra sülh sazişi üçün əlverişli məqam yetişmişdi. Ən mühüm məqam tərəflərin ənənəvi regional güc mərkəzi olan Rusiyanın vasitəçiliyini qəbul etmək istəməməsi idi, bu da Trampın təşəbbüsünü daha cəlbedici edirdi. Rusiya prezidenti Vladimir Putinə verilmiş vədləri pozmaq üçün ən uyğun yer Ağ ev idi”.

Müəllif qeyd edir ki, həm Bakının, həm də Yerevanın Moskvanın təsirindən qurtulmaq istəyi var: “Tramp administrasiyası isə sazişi dəstəkləməklə həm ABŞ üçün kommersiya faydası əldə etmək, həm də prezidentin sülhpərvər imicini möhkəmləndirmək niyyətindədir. Ancaq avqustda əldə olunmuş razılaşma hələ çox kövrəkdir. O yalnız müharibənin bağladığı yolları açmağa kömək edərsə, uğurlu ola bilər. Bunun üçün Vaşinqtonun Ermənistan, Azərbaycan və Türkiyə ilə birlikdə maliyyələşdirmə və infrastruktur quruculuğunda əməkdaşlığı gərəkdir. Yalnız belə olduqda “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRİPP) adı almış yol lokal layihə yox, beynəlxalq magistral kimi fəaliyyət göstərəcək.

ABŞ həm də Avropa İttifaqı ilə sıx əməkdaşlıq qurmalıdır. Çünki Brüssel regiona həm siyasi, həm də maliyyə baxımından daha çox sərmayə qoyur. Avropanın dəstəyi Ermənistanla Azərbaycan arasında sülhün davamlı olması üçün həlledici əhəmiyyət daşıyır. Moskva, təbii ki, ABŞ vasitəçiliyi ilə əldə olunmuş yaxınlaşmanın uğursuzluğa düçar olmasını istəyir. Ancaq Vaşinqton və Avropa tərəfdaşları tranzit sazişinin icrasında fəal iştirak etsələr, daxili və xarici sabotajlara qarşı tədbirlər görsələr, Cənubi Qafqaz inkişafına mane olan münaqişə burulğanından çıxa bilər”.

Təhlilçinin fikrincə, Ağ evdə razılaşdırılan sənəd Azərbaycanın regionda aparıcı gücə çevrilməsini təsdiqləyir: “Bu yeni reallıq 2020-ci ilin 44 günlük müharibəsindən sonra formalaşmağa başladı. O vaxt Azərbaycan çoxillik diplomatik dalandan sonra hərbi əməliyyatlara əl ataraq 1990-cı illərdə itirdiyi əraziləri geri qaytardı. 2023-cü ildə isə Azərbaycan qoşunları Qarabağı tam nəzarətə götürdü”.

Yazıda Azərbaycanın 2024-cü ilin dekabr qayından bəri Rusiya ilə münasibətlərində gərginlik yarandığı, Azərbaycanın Moskvaya yeni regional nizamda rol almaq imkanı vermək istəmədiyi vurğulanır: “Ermənistanın da Rusiya ilə problemləri artıb. Tarixən Moskva Ermənistanı hərbi dəstək vədləri ilə öz orbitində saxlayıb. Lakin son illərdə bu dəstək reallıqda özünü doğrultmayıb və Ermənistan ABŞ-la, Avropa ilə tərəfdaşlığa yönəlib”.

Müəllif qeyd edir ki, Azərbaycan və Ermənistan liderlərinin Rusiyaya itaətsizliyi onların maraqlarını yaxınlaşdırır: “Moskvanın Ukrayna müharibəsi ilə zəiflədiyi bu dönəmdə Vaşinqtonun təşəbbüsləri daha da əhəmiyyət qazanır. Ancaq Vaşinqtonda əldə olunmuş razılaşmaların həyata keçməsi üçün çox iş görülməlidir. İmzalanmış sənəd hələ yekun sülh müqaviləsi deyil. Razılaşma həm də Azərbaycan prezidenti İlham Əliyevin şərtlərinə bağlıdır. O, Ermənistan Konstitusiyasında Qarabağa dolayı iddiaya son qoyulmadan sülh sazişi imzalamayacağını bəyan edib. Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı ilin parlament seçkisindən əvvəl və ya sonra referendum keçirməyə məcbur olacaq, bu isə opponentlərinə həm ona, həm də sazişə qarşı səfərbərlik imkanı verir.

Azərbaycanı Naxçıvanla birləşdirəcək dəhliz məsələsi də hələlik tam aydın deyil. Yolun marşrutu və təhlükəsizlik tədbirləri razılaşdırılmayıb. Ermənistanın suverenliyinə xələl gətirmədən “maneəsiz keçidin” necə təmin olunacağı hələlik qeyri-müəyyəndir.

Bütün bunlar sazişi pozmaq istəyənlər üçün fürsət yaradır. İran dəhlizdən narazıdır, tranzit rolunu itirmək istəmir və ABŞ-ın nəzarətində olacaq marşrutu qəbul etmir. Rusiya açıq qarşıdurmadan yayınır, amma fürsət düşsə, sazişi gözdən salmağa çalışacaq. Regionun digər qonşusu Türkiyə yeni marşrutlardan faydalanmaq istəsə də, ABŞ-la bu məsələ üzrə məsləhətləşmələrin azlığı narazılıq yaradıb. Ankara Ermənistanla sərhədi açaraq real sülhə mühüm töhfə verə bilər”.

Müəllif sonda qeyd edir ki, Ermənistan-Azərbaycan münaqişəsində “tarixi dönüş” çox bəyan edilib, amma sülh sabit olmayıb: “ABŞ prezidentinin adına bağlı saziş də eyni aqibətlə üzləşə bilər. Trampın dəstəyi Bakı və Yerevana Moskvaya meydan oxumaq cəsarəti verir. Amma ABŞ bölgəyə təkbaşına sülh gətirə bilməz. Bunun üçün Vaşinqtonun ənənəvi diplomatik üsullara qayıtması və beynəlxalq tərəfdaşlarla birlikdə işləməsi şərtdir”.

Mənbə: Foreignaffairs.com

Ermənistanda növbədənkənar seçki qaydası

  • 23 Sentyabr 2025
  • comments

“Avroviziya 2026”ya hə demiş ölkələr

  • 23 Sentyabr 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanda növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Çin: “məlumat qəhrəmanı”na yenə iş kəsilib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Fələstini tanımayan ölkələr

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

İranın saman çöpü – Çin (“Foreign Affairs”in təhlili)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanda növbədənkənar seçki qaydası

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanda növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Çin: “məlumat qəhrəmanı”na yenə iş kəsilib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Fələstini tanımayan ölkələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda