• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Çin: “məlumat qəhrəmanı”na yenə iş kəsilib

  • 23 Sentyabr 2025
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

Koronavirus barədə ilk məlumatların əsas qaynaqlarından olmuş çinli jurnalist Çjan Çjana yeni hökm oxunub.

2019-cu ilin dekabrında Çində üzə çıxan yeni koronavirus infeksiyası dünyanı bürüyüb. 2020-ci il martın 11-dən 2023-cü il mayın 5-dək qlobal pandemiya elan olunan infeksiya 7 milyondan çox adamın ölümünə gətirib.

Versiyalardan birinə görə, virus Çinin Uhan şəhərindəki laboratoriyadan sızıb.

Novator.az bildirir ki, Çjan Çjan pandemiyanın ilk mərhələsində Uhan şəhərindən reportajlar hazırladığına görə 2020-2024-cü illərdə həbsdə yatıb.

Koronavirusun yayılmağa başladığı günlərdə Uhandakı xəstəxanalardan, küçələrdən birbaşa müşahidələrini paylaşan, hökumətin təqdim etdiyi rəsmi mənzərədən daha ağır tablo ortaya qoyan jurnalist 2020-ci ilin dekabrında “iğtişaş salmaq” ittihamı ilə tutularaq 4 il müddətinə azadlıqdan məhrum olunub.

2024-cü ilin mayında azadlığa çıxsa da, üç ay sonra o, yenidən tutulub.

2025-ci il sentyabrın 20-də Çjan Çjana daha 4 il həbs cəzası kəsilib. O, Çində insan haqlarının pozulması barədə paylaşdığı məlumatlara görə qəzəbə tuş gəlib.

Hüquq müdafiə qurumları bəyan edir ki, Çjan Çjan dünyada “məlumat qəhrəmanı” kimi tanınmalı idi, amma ağır şəraitdə həbsdə saxlanır.

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Çjan Çjanın həbsini əsassız saydığını bəyan edib və Çin hakimiyyətini jurnalistin təqibini dayandırmağa çağırıb.

Çin jurnalistlərin ən çox tutulduğu ölkə sayılır – hazırda azı 124 media işçisi həbsdədir.

Mənbə: NBCNews.com

Fələstini tanımayan ölkələr

  • 23 Sentyabr 2025
  • comments

Ermənistanda növbədənkənar seçki qaydası

  • 23 Sentyabr 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanda növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Fələstini tanımayan ölkələr

GLOBALS:0
comments
Xəbər

“Qızıl top” almış futbolçular

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

İranın saman çöpü – Çin (“Foreign Affairs”in təhlili)

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanda növbədənkənar seçki qaydası

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanda növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Fələstini tanımayan ölkələr

GLOBALS:0
comments
Xəbər

“Qızıl top” almış futbolçular

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda