Suriyada oktyabrın 5-nə təyin olunmuş parlament seçkisinin qaydaları açıqlanıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, 210 nəfərlik Xalq Məclisinin 140 üzvünü 14 bölgədə yaradılmış seçicilər kollegiyası seçəcək, 70 üzvünü prezident təyin edəcək.
5 oktyabr seçkisi yeni dövrün ilk seçkisidir.
2011-ci ilin yazında ölkədə hakimiyyətə qarşı başlanan xalq hərəkatı vətəndaş müharibəsinə çevrilib. 2020-ci ildən nisbi sabitlik hökm sürüb. 2024-cü il noyabrın 27-dən müxalif qüvvələrin hakim rejimə qarşı yeni hərbi həmləsi başlayıb, dekabrın 8-də prezident Bəşər Əsəd ölkəni tərk edərək Rusiyaya sığınıb, rəhbərlik Əhməd əş-Şəraaya keçib.
Bəşər Əsəd prezident postunu 2000-ci ildən tutub. 1971-2000-ci illərdə isə Suriyaya onun atası Hafiz Əsəd prezidentlik edib.
2025-ci il yanvarın 29-da Əhməd əş-Şəraa keçid dövrü üçün prezident elan olunub.
Mənbə: Reuters.com