• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yenə Özgür Özəl

  • 21 Sentyabr 2025
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiXəbər

Özgür Özəl üçüncü dəfə Türkiyənin ana müxalifət qurumu – Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri seçilib. O, sentyabrın 21-i paytaxt Ankarada keçirilən fövqəladə qurultayda sədrliyə yeganə namizəd olub.

1974-cü il təvəllüdlü Özgür Özəl 2011-ci ildən parlamentin – Türkiyə Böyük Millət Məclisinin üzvüdür.

Novator.az bildirir ki, partiya fövqəladə qurultaya Ankara Mülki Məhkəməsinin icraatında olan iş fonunda gedib.

CXP-nin 4-5 noyabr 2023-cü il qurultayında partiyanın lideri dəyişib, 2010-cu ildən sədr olan Kamal Kılıçdaroğlunu Özgür Özəl əvəzləyib. 2025-ci ildə bir qrup partiya üzvü məhkəmə davası açaraq qurultayın nəticələrinin etibarsız sayılmasını istəyib. Onların iddiasına görə, qurultayın bir çox nümayəndəsi müxtəlif üsullarla ələ alınıb və sədr seçkisinə haram qatılıb.

İddia ortaya çıxan kimi CXP fövqəladə qurultaya gedib və aprelin 6-da Özgür Özəl yenidən sədr seçilib, ancaq məhkəmə iddiası geri çəkilməyib, əksinə, 6 aprel 2025-ci il qurultayının da nəticələrinin ləğvi gündəmə gəlib.

Ankara Mülki Məhkəməsinin oktyabrın 24-də qərar verməsi gözlənir.

CXP 1923-1950, 1963-1965, 1977, 1978-1979-cu illərdə təkbaşına hakimiyyətdə olub, 1961-1962, 1962-1963, 1974-cü illərdə hökumətə ortaqlıq edib, 2002-ci ildən başlayaraq bütün parlament seçkilərində ikinci yeri tutub, 2024-cü ilin yerli seçkilərini udub.

600 nəfərlik parlamentdə CXP-nin 137 mandatı var. Partiyanın təmsilçiləri 13 böyük şəhər, 21 şəhər, 303 rayon, 63 qəsəbədə bələdiyyə başçısıdır.

2025-ci ilin yazından, partiya üzvü Əkrəm İmamoğlunu prezidentliyə namizəd irəli sürmək təşəbbüsündən bəri CXP basqı altındadır. Əkrəm İmamoğlu İstanbul Universitetini biznes idarəçiliyi (bakalavr) və insan resurslarının idarə edilməsi (magistr) ixtisasları ilə bitirib. 2019 və 2024-cü illərdə İstanbul bələdiyyəsinin başçısı seçilib. 2025-ci ildə CXP onu prezidentliyə namizədi elan etmək qərarına gəlib, martın 23-nə ümumpartiya səsverməsi təyin olunub.

Martın 18-də İstanbul Universiteti Əkrəm İmamoğlunun bakalavr diplomunun geri alınması qərarı verib, martın 19-da Əkrəm İmamoğlu müxtəlif ağır cinayətlər üzrə həbs dalğası çərçivəsində tutulub, martın 23-də bələdiyyə başçısı postundan götürülüb. Bu, kəskin etirazlara, kütləvi aksiyalara səbəb olub. Martın 23-də ölkə boyu təşkil edilən ümumpartiya səsverməsinə başqa siyasi qüvvələr və ictimaiyyət təmsilçiləri də qatılıb, Əkrəm İmamoğlu ümumilikdə 15,5 milyon səs alıb. Martın 27-də CXP onu rəsmən prezidentliyə namizədi elan edib və növbədənkənar seçkilər tələbi qoyub. Qarşıdurma dalğasında başqa CXP təmsilçiləri, o cümlədən bir çox bələdiyyə başçısı tutulub. İyulun 28-də İstanbul Universiteti Əkrəm İmamoğlunun magistr diplomunu da ləğv edib.

Konstitusiyaya görə, yalnız ali təhsilli şəxs Türkiyə prezidentliyinə namizəd ola bilər.

Türkiyədə prezident və parlament seçkiləri beş ildən bir eyni gündə keçirilir. Son qoşa seçki 2023-cü il mayın 14-də olub, parlament formalaşıb, prezident seçkisi ikinci turda – mayın 28-də bitib.

Türkiyə Böyük Millət Məclisinin 360 səslə növbədənkənar seçkiyə qərar vermək hüququ var. Bu halda qoşa seçki qaydası tətbiq olunacaq və indiki dövlət başçısı Rəcəb Teyyub Ərdoğan bir daha prezidentliyə namizəd ola biləcək.

2018-ci ildən prezident həm də hökumət başçısıdır. Heç kim iki dəfədən artıq prezident seçilə bilməz.

Ədalət və İnkişaf Partiyasının sədri olan Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən baş nazirlik edib, 2014 və 2018-ci illərdə prezident seçilib. İki dəfədən artıq seçilməyə məhdudiyyət 2018-ci ildən hesablandığı üçün Rəcəb Teyyub Ərdoğan 2023-cü ildə də prezident mandatı alıb.

Çinli dissident ABŞ-da casusluq edirmiş

  • 19 Sentyabr 2025
  • comments

Fələstini tanıyan ölkələr artır

  • 21 Sentyabr 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Fələstini tanıyan ölkələr artır

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Çinli dissident ABŞ-da casusluq edirmiş

GLOBALS:0
comments
Xəbər

Əsas tariflər

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Moldova seçim ərəfəsində

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Fələstini tanıyan ölkələr artır

Son materiallar

comments
Dünyanın səsiXəbər

Fələstini tanıyan ölkələr artır

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Çinli dissident ABŞ-da casusluq edirmiş

GLOBALS:0
comments
Xəbər

Əsas tariflər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda