Sentyabrın 19-da “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 70,25 dollara satılır.
2025-ci ilin dövlət büdcəsində bir barrel neft 70 dollardan götürülüb. “AzəriLayt” yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna 68,82, iyula 72,01, avqusta 72,70, sentyabra 70,54 dollarla başlayıb.
İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib. Yanvar-avqust aylarında Azərbaycanda 18,4 milyon ton neft çıxarılıb, ölkədən 8,4 milyard dollarlıq xam neft ixrac olunub.
2026-cı ilin dövlət büdcəsində xam neftin bir barrelinin orta illik satış qiymətini 65 dollar götürmək nəzərdə tutulur.