Noyabrın 1-dən dağ rayonlarında, 15-dən qalan ərazilərdə əhali qrupu üzrə istilik təchizatı belə müəyyən olunacaq: 1 kvadratmetr yaşayış sahəsi üçün ayda 45 qəpik (sayğac quraşdırıldığı halda 1 qiqakalori üçün 21 manat).
Əhali üçün qalan əsas tariflər belə rəsmiləşib:
Təbii qaz
ildə 1200 kubmetrədək (1200 kubmetr daxil) istehlak – kubmetri 12,5 qəpik;
ildə 1200-2500 kubmetr istehlak – kubmetri 22 qəpik;
ildə 2500 kubmetrdən çox istehlak – kubmetri 30 qəpik.
Elektrik enerjisi
ayda 200 kilovat-saatadək (200 kilovat-saat daxil) istehlak – kilovat-saatı 8,4 qəpik;
ayda 200 kilovat-saatdan 300 kilovat-saatadək (300 kilovat-saat daxil) istehlak – kilovat-saatı 10 qəpik;
ayda 300 kilovat-saatdan çox istehlak – kilovat-saatı 15 qəpik.
Su təchizatı və tullantı sularının axıdılması
Kubmetri Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 1 manat;
digər inzibati ərazi vahidlərində – 90 qəpik.
Bərk məişət tullantılarının yığılması və daşınması
1 nəfər üçün Bakı şəhərində – ayda 1 manat;
digər inzibati ərazi vahidlərində – ayda 70 qəpik.
Azərbaycanda dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini Tarif (qiymət) Şurası həyata keçirir. Bu kollegial orqana iqtisadiyyat naziri sədrlik edir.