• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ukraynada sülh sorğusu

  • 18 Sentyabr 2025
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiXəbər

Ukraynalıların yalnız 18 faizi sülhün 2025-ci ildə əldə olunacağına inanır. Novator.az-ın məlumatına görə, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun ölkədə keçirdiyi sorğu belə göstərir. 2-14 sentyabrda 1023 nəfər arasında aparılmış sorğuya qatılanların 62 faizi müharibə əzabına sonadək qatlaşmağa hazır olduğunu bəyan edib.

Rəsmi hesabatda qeyd olunur ki, respondentlərin 75 faizi Rusiyanın sülh şərtlərini qəti rədd edir. Onların 65 faizi belə variantı Ukrayna üçün iflas sayır, 69 faizi ölkənin yenidən hücuma məruz qalacağını düşünür.

Sorğu iştirakçılarının 74 faizi Avropa və Ukraynanın sülh planına razılaşır, amma onların yalnız 30 faizi bunu uğurlu variant sayır, 56 faizi isə hesab edir ki, Rusiya bu planla çözüm halında da Ukraynaya yenidən hücum çəkə bilər.

Rusiya Ukraynanın təslim olmasını, ərazi itkilərini qəbul etməsini istəyir. Alternativ plan Ukraynaya etibarlı təhlükəsizlik təminatı verilməsini, Rusiyanın işğal etdiyi əraziləri əlində saxlamasını, amma bu nəzarətin hüquqi baxımdan tanınmamasını nəzərdə tutur.

2014-cü ilin fevralında Ukraynada Qərbə bağlı qüvvələr hakimiyyətə gələndə Rusiya ölkənin Krım yarımadasını zəbt edərək martın 18-də özünə birləşdirib, ardınca Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 24-də Rusiya total hərbi əməliyyatlara başlayıb, oktyabrın 5-də Donetsk və Luqansk bölgələrini, eləcə də Zaporojye və Xerson vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.

İşğalçı savaş başqa bölgələri də əhatə edib, ölkənin hər yanına dağıdıcı hücumlarla müşayiət olunur. Rusiya müharibəni dayandırmaq üçün Ukraynanın təslim olmasını, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində ələ keçirə bilmədiyi ərazilərin boşaldılmasını, bu bölgələrin, eləcə də Krımın onun torpağı kimi tanınmasını tələb edir.

Mənbə: Kiis.com.ua

Ermənistan nə qədər turist qəbul edib?

  • 18 Sentyabr 2025
  • comments

Çindən işğal hədəsi

  • 18 Sentyabr 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Çindən işğal hədəsi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistan nə qədər turist qəbul edib?

GLOBALS:0
comments
Xəbər

Tərəfdaşların ixrac-idxal nisbəti

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanın orta maaş statistikası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Çindən işğal hədəsi

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Çindən işğal hədəsi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistan nə qədər turist qəbul edib?

GLOBALS:0
comments
Xəbər

Tərəfdaşların ixrac-idxal nisbəti

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda