• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rusiyanın uşaq oğurlaması: yeni araşdırma

  • 17 Sentyabr 2025
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetŞərh

ABŞ-ın Yel Universitetinin İctimai Səhiyyə Məktəbinin humanitar araşdırmalar laboratoriyası (HRL) Rusiyanın Ukraynadan zorla apardığı uşaqlar üçün hazırladığı “yenidən tərbiyə” və militarizasiya sistemini ifşa edib.

2014-cü ilin fevralında Ukraynada Qərbə bağlı qüvvələr hakimiyyətə gələndə Rusiya ölkənin Krım yarımadasını zəbt edərək martın 18-də özünə birləşdirib, ardınca Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 24-də Rusiya total hərbi əməliyyatlara başlayıb, oktyabrın 5-də Donetsk və Luqansk bölgələrini, eləcə də Zaporojye və Xerson vilayətlərini özünə birləşdirdiyini açıqlayıb. İşğalçı savaş başqa bölgələri də əhatə edib, ölkənin hər yanına dağıdıcı hücumlarla müşayiət olunur. Daha bir cinayət ukraynalı uşaqların Rusiyaya qanunsuz deportasiyasıdır.

Novator.az bildirir ki, HRL-in araşdırmasına görə, 2022-ci ilin fevral ayında başlayan total təcavüzdən bəri zorla deportasiya olunmuş ukraynalı uşaqlar azı 210 müəssisəyə – Rusiyanın müxtəlif bölgələrinə, eləcə də Ukraynanın işğala məruz qalmış ərazilərinə yerləşdirilib. HRL bildirir ki, deportasiya şəbəkəsi uşaqların ruslaşdırılması, hərbi hazırlığa cəlb edilməsi, uzunmüddətli saxlanması üçün zəruri imkanlara malikdir. Müəssisələr arasında yay düşərgələri, sanatoriyalar, universitetlər, hətta hərbi baza və bir monastır da var. Uşaqların bir hissəsi qısa müddət sonra geri qaytarılsa da, əksəriyyəti qeyri-müəyyən müddətə saxlanır.

Deportasiya olunmuş uşaqlar arasında valideynsiz qalanlar, əlilliyi olanlar, eləcə də dövlət müəssisələrindən aparılanlar, eyni zamanda 2022-ci ildən etibarən cəbhəyanı bölgələrdə ailələrindən zorla ayrılanlar yer alır. HRL həmçinin Mariupolda və bu ərazi ətrafında yaradılmış filtrasiya düşərgələrində uşaqların valideynlərdən birbaşa alındığını təsdiqləyib.

Araşdırmada sənədləşdirilən müəssisələr Qara dəniz sahilindən Sibirə qədər, hətta Sakit okean ətrafındakı bölgələrədək uzanır. Onların yarıdan çoxunu birbaşa Rusiya hökuməti idarə edir.

Ukrayna indiyədək 19500 nəfər uşağın deportasiyasını sənədlərlə təsdiqləyə bilib. Lakin HRL-in məlumatına görə, 2025-ci ilin martına bu rəqəm 35 minə yaxınlaşıb.

Rusiyanın uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belova isə 2022-ci ilin fevralından 2023-cü ilin iyuluna qədər ölkənin 700 min ukraynalı uşaq “qəbul etdiyini” bildirib. Kiyev yalnız 1605 uşağı geri qaytara bilib. Hər bir geri dönüş üçün isə üçüncü tərəflərin – xüsusilə Qətər, Cənubi Afrika və Vatikanın vasitəçiliyi tələb olunub.

2025-ci ilin iyununda Türkiyənin İstanbul şəhərində baş tutmuş danışıqlarda Ukrayna tərəfi Rusiyaya zorla aparılmış uşaqların siyahısını təqdim edib. Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov bildirib ki, Moskva doğrudan da sülh prosesinə sadiqdirsə, bu siyahıdakı uşaqların azı yarısının geri qaytarılması müsbət addım olardı.

Rusiya nümayəndəsi Vladimir Medinski isə yalnız 339 uşağın adını əks etdirən siyahını təqdim edib və Kiyevi “itirilmiş uşaqlar” mövzusunu şişirtməkdə günahlandırıb.

2023-cü ilin martında Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin və Mariya Lvova-Belova barəsində ukraynalı uşaqların qanunsuz deportasiyası və köçürülməsi ilə bağlı həbs orderi çıxarıb. Ukrayna uşaqların geri qaytarılmasını gələcək atəşkəs və sülh sazişinin əsas şərtlərindən biri hesab edir.

Mənbə: Euronews.com

“Avroviziya”: haçalanma və müəmma böyüyür

  • 17 Sentyabr 2025
  • comments

Gürcüstanın orta maaş statistikası

  • 17 Sentyabr 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanın orta maaş statistikası

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

“Avroviziya”: haçalanma və müəmma böyüyür

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Baş nazir sabiqlərin ipini kəsir

GLOBALS:0
comments
AktualManşetXəbər

“Dorian Qreyin portreti” faciəsi – Heydər Əliyev sarayında

GLOBALS:0

Tags

  • Gender
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Gürcüstanın orta maaş statistikası

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanın orta maaş statistikası

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

“Avroviziya”: haçalanma və müəmma böyüyür

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Baş nazir sabiqlərin ipini kəsir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda