2025-ci ilin ilk yarısına olan rəsmi hesabata görə, Gürcüstanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2212 lariyə (822 ABŞ dolları) çatıb. Novator.az-ın məlumatına görə, açıqlamanı yayan Milli Statistika Xidməti kişilərin orta aylıq maaşını 2655,8 lari, qadınların orta aylıq maaşını 1769,5 lari göstərir.
İnformasiya və rabitə sahəsində orta maaşın 4176,5 lari, maliyyə və sığorta fəaliyyətində 3732,2 lari, tikinti sektorunda 3467,7 lari, elmi və texniki fəaliyyət sahəsində 2995,3 lari olduğu xəbər verilir.
Qeyd olunur ki, paytaxt Tbilisidə orta maaş 2553,8 lari həddində rəsmiləşib.
Gürcüstan larisinin rəsmi kursu 63 qəpiyə yaxındır.
Mənbə: Geostat.ge