• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Avroviziya”: haçalanma və müəmma böyüyür

  • 17 Sentyabr 2025
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

“Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsi ətrafında müəmma böyüyür.

1956-cı ildən keçirilən “Avroviziya” yarışması ictimai teleradioları cəmləyən Avropa Yayım Birliyinin layihəsidir.

Novator.az bildirir ki, yenilənmiş məlumata görə, İrlandiya, İspaniya və Niderlandın ictimai yayım qurumları birmənalı şəkildə İsrailin “Avroviziya 2026”ya buraxılmaması tələbi qoyub, əks halda yarışı boykot edəcəklərini açıqlayıb. Belçika, İslandiya və Sloveniyanın da oxşar mövqedə olduqları, Finlandiyanın tərəddüd keçirdiyi, Almaniya, Avstriya, İsveçrə və İtaliyanın isə İsrailin müsabiqədə iştirakına qəti tərəfdar çıxdıqları xəbər verilir. Mənzərənin Avropa Yayım Birliyinin Baş Məclisinin iclasından sonra aydınlaşması gözlənir. İclas dekabrın 4-5-i İsveçrənin Cenevrə şəhərində keçiriləcək.

Avstriyanın paytaxtı Vyananın ev sahibliyi edəcəyi “Avroviziya 2026”nın birinci yarımfinalı mayın 12-nə, ikinci yarımfinalı 14-nə, finalı 16-na təyin olunub. Yarışda iştirakını ev sahibi və İsraillə yanaşı bu ölkələr təsdiqləyib: Albaniya, Almaniya, Avstraliya, Azərbaycan, Böyük Britaniya, Çexiya, Danimarka, İsveç, İsveçrə, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Monteneqro, Norveç, San Marino, Serbiya, Ukrayna, Yunanıstan.

1956-cı ildən başlayaraq “Avroviziya” müsabiqəsində İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Avstriya, Norveç və Ukrayna 3, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib gəlib.

1947-ci ildə BMT Fələstin torpaqlarının bölünərək ərazidə İsrail və Fələstin dövlətlərinin qurulmasına qərar verib. 1948-ci ildə yaradılan İsrail 1949-cu ildə BMT-yə qəbul edilib. Fələstin 1988-ci ildə müstəqil dövlət elan olunub, 2012-ci ildə BMT-də müşahidəçi statusu alıb.

BMT-nin Fələstinə ayırdığı ərazilərin xeyli hissəsi İsrailin işğalındadır.

Fələstinin Qəzza bölgəsi 2006-cı ildən HƏMAS hərbi-siyasi təşkilatının (İslami Müqavimət Hərəkatı) nəzarətində olub. 2023-cü il oktyabrın 7-də HƏMAS Qəzza bölgəsindən İsrail ərazilərinə hərbi müdaxilə edib, ardınca böyük savaş başlayıb, Qəzzanın böyük hissəsi tam dağıdılıb. Dünya ictimaiyyətinin bir hissəsi İsrailin cavab tədbirini çox amansız sayır, fələstinlilərin soyqırımına məruz qoyulduğunu iddia edir.

Mənbə: Newsweek.com

Baş nazir sabiqlərin ipini kəsir

  • 17 Sentyabr 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Baş nazir sabiqlərin ipini kəsir

GLOBALS:0
comments
AktualManşetXəbər

“Dorian Qreyin portreti” faciəsi – Heydər Əliyev sarayında

GLOBALS:0
comments
Xəbər

Avro haradan haraya gəlib?

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Trampın Avropa umacağı

GLOBALS:0

Tags

  • Hüquq
  • Mədəniyyət
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Baş nazir sabiqlərin ipini kəsir

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Baş nazir sabiqlərin ipini kəsir

GLOBALS:0
comments
AktualManşetXəbər

“Dorian Qreyin portreti” faciəsi – Heydər Əliyev sarayında

GLOBALS:0
comments
Xəbər

Avro haradan haraya gəlib?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda