• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Trampın Avropa umacağı

  • 16 Sentyabr 2025
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetŞərh

“Foks Nyus” kanalının internet səhifəsində ABŞ prezidenti Donald Trampın avropalı müttəfiqlərə xəbərdarlığı ilə bağlı yazı dərc olunub. Novator.az-ın məlumatına görə, yazıda Trampın Avropa dövlətlərinə Rusiyadan enerji idxalını tam dayandırmaq tələbi qoyduğu xatırladılır: “Dövlət başçısı bəyan edib ki, ABŞ administrasiyası Rusiyaya yeni sanksiyalar tətbiq edə bilər, amma bu, avropalı müttəfiqlər eyni addımı atanda baş verəcək. Jurnalistlərlə 14 sentyabr söhbətində Tramp Avropa ölkələrinin Rusiya ilə münasibətlərdə yetərincə sərt davranmadığını vurğulayıb: “Onlar öhdələrinə düşəni eləmirlər. Avropa birləşməlidir. Mən avropalıları dost sayıram, amma onlar Rusiyadan neft alırlar. Biz bütün yükü təkbaşına daşımalı deyilik”.

Prezident həmçinin deyib ki, Avropa İttifaqının Rusiyaya sanksiyaları yetərincə təsirli deyil: “Mən də sanksiya qoymağa hazıram, amma Avropa öz sanksiyalarını sərtləşdirməlidir”.

Yazıda qeyd olunur ki, Rusiya 2022-ci ilin fevralında Ukraynaya total təcavüz edəndən bəri Avropa dövlətləri bu ölkədən neft və qaz asılılığını xeyli azaldıblar, ancaq tam imtina hələ reallaşmayıb: “Xüsusilə Macarıstan, Slovakiya, Fransa, Belçika və İspaniya Rusiyanın enerji daşıyıcılarının əsas idxalçıları sırasında qalırlar. Macarıstan Rusiya ilə yaxın münasibətləri davam etdirir, onun neft və qazının fəal alıcısıdır. Fransa isə uzunmüddətli müqavilələr səbəbindən Rusiyadan maye qaz idxalını dayandırmır. Onun maye qaz öhdəlikləri 2030-cu illərin əvvəllərinədək qüvvədədir, bu müqavilələrdən imtina beynəlxalq arbitraj və böyük maliyyə cərimələri ilə nəticələnə bilər… Rəsmi statistikaya görə, 2025-ci ilin ilk yarısında Avropa İttifaqı Rusiyadan təxminən 5,2 milyard dollarlıq maye qaz edib”.

Yazıda ABŞ prezidentinin NATO-dakı müttəfiqlərə göndərdiyi məktubdan sitat gətirilir: “Mən Rusiyaya qarşı böyük sanksiyalara hazıram, amma bu yalnız NATO ölkələri eyni addımı atandan və Rusiyadan enerji alışı tam dayanandan sonra mümkün olacaq”.

Jurnalistlərlə 14 sentyabr söhbətində isə prezident daha sərt mövqe sərgiləyərək Avropanın Rusiyadan yalnız neft deyil, həm də maye qaz idxalını tam kəsməli olduğunu deyib: “İstər qaz olsun, istər siqaret – fərqi yoxdur, Rusiya məhsulları alınmamalıdır”.

ABŞ prezidenti NATO müttəfiqlərini Çinə qarşı da sərt iqtisadi tədbirlər görməyə çağırıb. O, Pekinə 50-100 faiz gömrük rüsumu tətbiq olunmasını təklif edib, deyib ki, belə tariflər yalnız Ukrayna müharibəsi bitdikdən sonra aradan qaldırıla bilər. Hazırda Vaşinqtonun Çinə tətbiq etdiyi tariflər 30 faiz civarındadır, amma Tramp son həftələr 200 faizə qədər rüsum tətbiq oluna biləcəyini bəyan edib”.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını tutaraq özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub. 2022-ci il fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar aparan Rusiya oktyabrın 5-də Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini özünə birləşdirdiyini açıqlayıb. ABŞ və Avropa savaşda Ukraynaya dəstək verir. Çin neytral görünmək adı ilə Rusiyanın tərəfini tutur.

Hərbi-siyasi ittifaq olan NATO-ya (Şimali Atlantika Müqaviləsi Təşkilatı) 32 ölkə daxildir: ABŞ, Albaniya, Almaniya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İslandiya, İspaniya, İsveç, İtaliya, Kanada, Latviya, Litva, Lüksemburq, Macarıstan, Monteneqro, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Şimali Makedoniya, Türkiyə, Yunanıstan.

Avropa İttifaqının 27 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.

Mənbə: Foxnews.com

2026-cı ilin ilkin büdcəsi

  • 16 Sentyabr 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ukrayna: büdcə gəliri qədər müdafiə xərci

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Mənfi saldo 7,3 milyard dolları ötür

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

CXP məhkəməsi oktyabra qaldı

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Almaniyada Rusiya xofu

GLOBALS:0

Tags

  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ukrayna: büdcə gəliri qədər müdafiə xərci

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ukrayna: büdcə gəliri qədər müdafiə xərci

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Mənfi saldo 7,3 milyard dolları ötür

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

CXP məhkəməsi oktyabra qaldı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda