• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tramp administrasiyası kimlərin ipini yığır?

  • 12 Sentyabr 2025
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

Prezident Donald Trampın administrasiyası ABŞ-ın dövlət kimi tanımadığı Fələstinin lideri Mahmud Abbasa BMT-nin mərkəzi qərargahının yerləşdiyi Nyu-Yorka səfər vizası vermədikdən sonra yeni məhdudiyyətləri nəzərdən keçirir. Söhbət BMT Baş Məclisinin sentyabr sessiyasına qatılacaq İran, Sudan, Zimbabve və hətta Braziliya nümayəndə heyətlərinə qadağalar tətbiqindən gedir.

Novator.az “Foks Nyus”a (“Fox News”) istinadla bildirir ki, Dövlət Departamentinin daxili memorandumuna görə, məhdudiyyətlərin Baş Məclisin 22 sentyabrda başlayacaq sessiyası ərəfəsində qüvvəyə minməsi gözlənir.

Ən çox təəccüb doğuran məqam Braziliyanın siyahıya salınmasıdır. Bu ölkə dövlət başçılarının toplaşdığı tədbirdə xüsusi imtiyaza – ilk çıxış hüququna sahibdir.

Xəbərdə qeyd olunur ki, məhdudiyyətlər hələlik müzakirə mərhələsindədir və Tramp administrasiyasının daha genişmiqyaslı viza sərtləşdirməsinin tərkib hissəsi kimi dəyərləndirilir: ABŞ həm mövcud vizaları, həm də BMT-nin iclası üçün yeni müraciətləri çözələyir.

Təkliflərdən biri Nyu-Yorkda ciddi hərəkət məhdudiyyətləri altında olan İran diplomatlarının “Costco” və “Sam’s Club” kimi topdansatış mağazalarına Dövlət Departamentinin xüsusi icazəsi olmadan girişinə yasaq qoymaqdır. İran diplomatları adətən həmin mağazalardan ölkələrində tapılmayan malları nisbətən aşağı qiymətə əldə edirlər.

Qadağanın nə vaxt qüvvəyə minəcəyi, ümumiyyətlə, tətbiq olunub-olunmayacağı hələ məlum deyil. Memorandumda qeyd edilir ki, Dövlət Departamenti bütün xarici diplomatlara topdansatış klublarına üzvlük üçün şərtlər qoya bilər.

Braziliya prezidenti Luis İnasiu Lula da Silva və BMT Baş Məclisinin sessiyasına gələsi başqa nümayəndələrin bu məhdudiyyətlərdən təsirlənib-təsirlənməyəcəyi də aydın deyil. Ənənəyə görə, BMT Baş Məclisinin sessiyasının açılış günündə ilk nitqi Braziliya prezidenti, ardınca isə ABŞ prezidenti söyləyir.

Trampın Lula ilə münasibətləri gərgindir. Buna səbəb Braziliya liderinin Trampın yaxın müttəfiqi Jair Bolsonaronu dövlət çevrilişi cəhdi adı ilə sıxışdırmasıdır.

Jair Bolsonaru 2019-2023-cü illərdə prezident postunu tutub. Luis İnasiu Lula da Silva 2003-2010-cu illərdə dövlət başçısı olub, 2023-cü ildən yenə prezidentdir.

“Foks Nyus”da dərc olunan xəbərə görə, Suriya nümayəndə heyəti Nyu-Yorkda daha yumşaq şərtlərlə qarşılaşa bilər. Onlara on ildən çoxdur tətbiq edilmiş səyahət məhdudiyyətləri götürülüb.

Mənbə: Foxnews.com

Xərcin yarıdan çoxu ərzağa gedir

  • 11 Sentyabr 2025
  • comments

“Avroviziya 2026”da boykot havası

  • 12 Sentyabr 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Doğum 6,1 faiz azalıb

GLOBALS:0
comments
Xəbər

Statistikadan seçmələr

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

“Avroviziya 2026”da boykot havası

GLOBALS:0
comments
Xəbər

Xərcin yarıdan çoxu ərzağa gedir

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Doğum 6,1 faiz azalıb

Son materiallar

comments
Xəbər

Doğum 6,1 faiz azalıb

GLOBALS:0
comments
Xəbər

Statistikadan seçmələr

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

“Avroviziya 2026”da boykot havası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda