Rəsmi statistikaya görə, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda kondensatla birlikdə 18,4 milyon ton neft çıxarılıb.
Beynəlxalq razılaşma Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.
Sentyabrın 12-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 68,12 dollara satılır.
2025-ci ilin dövlət büdcəsində bir barrel neft 70 dollardan götürülüb. “AzəriLayt” yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna 68,82, iyula 72,01, avqusta 72,70, sentyabra 70,54 dollarla başlayıb.