2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 22,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Dövlət Statistika Komitəsi bildirir ki, pərakəndə ticarət şəbəkəsində alınan mallara xərclənən vəsaitin 50,7 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının payına düşüb.
Başqa hesabata görə, yanvar-iyul aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 169 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 111 ölkəyə ixrac, 162 ölkədən idxal rəsmiləşib.
2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə idxalın real ifadədə 1,2 faiz artdığı, ixracın 9,6 faiz azaldığı xəbər verilir.