• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Gürcüstan: müxalifətin bir parası parlamentə gəlir

  • 10 Sentyabr 2025
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiXəbər

Gürcüstanda 2024-cü il oktyabrın 26-da keçirilmiş parlament seçkisində hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası 150 mandatın 89-na sahib çıxmış, müxalif qurumlar – Yeniliklər koalisiyası 19, Birlik – Milli Hərəkat koalisiyası 16, Güclü Gürcüstan koalisiyası 14, Gürcüstan Uğrunda Partiyası 12 mandat almışdı.

Yeniliklər, Birlik – Milli Hərəkat, Güclü Gürcüstan koalisiyalarının təmsilçiləri mandatlardan rəsmən imtina edib, 2025-ci il fevralın 5-də parlament onların səlahiyyətinə xitam verib.

Gürcüstan Uğrunda Partiyasının deputatları isə parlamentin iclaslarını boykot ediblər və iyulun 2-də onlar mandatdan məhrum olunublar. Parlament proporsional üsulla seçildiyindən partiya siyahısındakı növbəti şəxslərin mandat almaq hüququ var. Sentyabrın 9-da yayılan məlumata görə, Gürcüstan Uğrunda Partiyasının 8 deputatı parlament sədrinə rəsmi müraciət edərək boykota son verdiklərini bildiriblər.

Gürcüstan Uğrunda Partiyasına sabiq baş nazir Georgi Qaxariya liderlik edir. 1975-ci il təvəllüdlü Georgi Qaxariya 2019-cu il sentyabrın 8-dən Gürcü Arzusunun təmsilçisi kimi hökumətə rəhbərlik edib, 2021-ci il fevralın 18-də müxalifətə təzyiqləri pisləyərək istefa verib, ardınca Gürcüstan Uğrunda Partiyasını yaradıb.

Gürcüstanda hökuməti parlamentdə azı 76 mandatı olan partiya qurur. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində də Gürcü Arzusu qalib gəlib.

Novator.az bildirir ki, oktyabrın 4-ü Gürcüstanda merlər və yerli məclislər seçiləcək. Seçkilərdə 14 partiya iştirak edir.

Ölkədə prezidenti parlamentin deputatlarından, muxtar qurumların ali təmsilçi orqanlarının və yerli özünüidarəetmə qurumlarının nümayəndələrindən ibarət Seçicilər Kollegiyası seçir. 2024-cü il dekabrın 29-dan prezident postunu Gürcü Arzusuna bağlı Mixail Kavelaşvili tutur.

Mənbə: 1tv.ge

Dünya çempionatına çıxan milli komandalar

  • 10 Sentyabr 2025
  • comments

Uçot dərəcəsi dəyişmədi

  • 10 Sentyabr 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

ABŞ nəşri: Putinin sistemi qaydasız oyuna çevrilib

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Avropada Belarusun casus şəbəkəsi ifşa olunub

GLOBALS:0
comments
Xəbər

Uçot dərəcəsi dəyişmədi

GLOBALS:0
comments
Xəbər

Dünya çempionatına çıxan milli komandalar

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetTribuna

ABŞ nəşri: Putinin sistemi qaydasız oyuna çevrilib

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

ABŞ nəşri: Putinin sistemi qaydasız oyuna çevrilib

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Avropada Belarusun casus şəbəkəsi ifşa olunub

GLOBALS:0
comments
Xəbər

Uçot dərəcəsi dəyişmədi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda