2026-cı ilin dünya futbol çempionatının final mərhələsinə 48 milli komanda qatılacaq. ABŞ, Kanada, Meksika turnirə ev sahibləri kimi birbaşa çıxıb. Seçmələrdən Avropanın 16, Afrikanın 9, Asiyanın 8, Cənubi Amerikanın 6, Şimali və Mərkəzi Amerikanın 3, Okeaniyanın 1 vəsiqəsi var. 2 biletin sahibi Afrika, Asiya, Okeaniya, Cənubi Amerika, Şimali və Mərkəzi Amerika təmsilçiləri arasında əlavə oyunlarda müəyyənləşəcək.
2025-ci il sentyabrın 10-na olan məlumata görə, Cənubi Amerikanın final raundundakı bütün təmsilçiləri bəllidir: Argentina, Braziliya, Ekvador, Kolumbiya, Paraqvay, Uruqvay.
Okeaniyadan vəsiqəni Yeni Zelandiya əldə edib.
Asiyadan final mərhələsinə Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Özbəkistan, Avstraliya adlayıb.
Afrikadan Mərakeş, Tunis bilet götürüblər.
Mənbə: Wikipedia.org
1930 və 1950-ci illərdə Uruqvay, 1934, 1938, 1982 və 2006-cı illərdə İtaliya, 1954, 1974, 1990 və 2014-cü illərdə Almaniya (Qərbi Almaniya), 1958, 1962, 1970, 1994 və 2002-ci illərdə Braziliya, 1966-cı ildə İngiltərə, 1978, 1986 və 2022-ci illərdə Argentina, 1998 və 2018-ci illərdə Fransa, 2010-cu ildə İspaniya dünya çempionu olub.