Norveçdə sentyabrın 8-də keçirilmiş parlament seçkisinin ilkin nəticələrinə görə, baş nazir Yonas Qar Störenin Fəhlə Partiyası 169 yerlik parlamentə 53 mandat əldə edir.
Tərəqqi Partiyası 47, Mühafizəkar Partiya 24 mandatla göstərilir.
Novator.az bildirir ki, daha altı partiyanın 3-9 arası mandat götürdüyü parlamentdə 2021-ci ildən ölkəyə yön verən sol mərkəzçi qüvvələrin yenə koalisiya qurması gözlənir.
Norveç formal monarxiyadır, ölkədə hökuməti səlahiyyət müddəti 4 il olan parlament formalaşdırır.
Mənbə: Theguardian.com