• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Santuşu göndərdilər

  • 08 Sentyabr 2025
  • comments
  • hikmet
  • Posted in Xəbər

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) sentyabrın 8-də milli komandanın baş məşqçisi Fernandu Santuşu istefaya göndərib.

2024-cü il iyunun 12-də milli komandanın baş məşqçisi təyin olunmuş portuqaliyalının AFFA ilə müqaviləsi 2027-ci ildə bitməli idi.

1954-cü il təvəllüdlü Fernandu Santuş Portuqaliyanın “Eştoril”, “Maritimu” komandalarının müdafiəçisi olub, “Eştoril”, “Eştrela”, “Portu”, “Sportinq”, “Benfika” (Portuqaliya), AEK, “Panatinaikos”, PAOK (Yunanıstan), “Beşiktaş” (Türkiyə) klublarına, Yunanıstan, Portuqaliya, Polşa milli komandalarına baş məşqçilik edib.

Azərbaycan milli komandası Fernandu Santuşun rəhbərliyi altında 11 oyunda bir qələbə də qazanmayıb. UEFA Millətlər Liqasının 2024-2025 mövsümünün qrup mərhələsində 6 oyuna cəmi 1 xal yığan komanda D liqasına yuvarlanıb. Komanda 4 yoldaşlıq oyununda da yalnız 1 xal alıb.

Sentyabrın 5-i 2026-cı ilin dünya çempionatının seçmə mərhələsinə start verən yığma səfərdə İslandiyaya 0:5 hesabı ilə məğlub olub.

Milli komanda FİFA reytinqində 210 yığma arasında 122-ci yerdədir.

Beynəlxalq turnirlərə 1994-cü ildən qatılan Azərbaycan milli komandası dörd Avropa çempionatının seçmə mərhələsini qrupda sonuncu, dördünü sondan əvvəlki yerdə bitirib.

Dörd dünya çempionatının seçmə mərhələsində yığma qrupda sonuncu, ikisində sondan əvvəlki, birində axırdan üçüncü pilləni tutub.

Milli bir yol UEFA Millətlər Liqasının D liqasında qrup ikincisi olub, C liqasında bir yol üçüncü, bir yol ikinci, bir yol dördüncü (sonuncu) pillədə yer alıb.

Əvvəllər milli komandanın sükanı arxasında Ələkbər Məmmədov, Ağasəlim Mircavadov, Kazbek Tuayev, Vaqif Sadıqov, Əhməd Ələsgərov, İqor Ponomaryov, Əsgər Abdullayev, Karlos Alberto Torres, Şahin Diniyev, Berti Foqts, Robert Prosineçki, Qurban Qurbanov, Nikola Yurçeviç, Canni De Byazi dayanıblar.

“Amerika nə satın alınacaq, nə də…” – ...

  • 08 Sentyabr 2025
  • comments

Cəhənnəmdən qaçış

  • 08 Sentyabr 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Məğlubiyyət baş yeyir

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Neft koalisiyasında yeni normalar

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistan: əhalinin 55,1 faizi sülhə inanmır

GLOBALS:0
comments
Xəbər

26-lar

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Məğlubiyyət baş yeyir

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Məğlubiyyət baş yeyir

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Neft koalisiyasında yeni normalar

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistan: əhalinin 55,1 faizi sülhə inanmır

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda