Neft ixracatçılarının OPEK+ koalisiyası hasilat normalarına yenidən baxıb. Rəsmi açıqlamaya görə, oktyabr ayından Səudiyyə Ərəbistanı gündə 10 milyon 20 min barrel, Rusiya 9 milyon 491 min barrel, İraq 4 milyon 237 min barrel, Birləşmiş Ərəb Əmirlikləri 3 milyon 387 min barrel, Küveyt 2 milyon 559 min barrel, Qazaxıstan 1 milyon 556 min barrel, Əlcəzair 963 min barrel, Oman 804 min barrel xam neft çıxara bilər.
Qalan ölkələrin gündəlik hasilat kvotaları belədir: Meksika – 1 milyon 753 min barrel, Nigeriya – 1 milyon 500 min barrel, Azərbaycan – 551 min barrel, Malayziya – 401 min barrel, Konqo – 277 min barrel, Bəhreyn – 196 min barrel, Qabon – 177 min barrel, Cənubi Sudan – 124 min barrel, Bruney – 83 min barrel, Ekvatorial Qvineya – 70 min barrel, Sudan – 64 min barrel.
Novator.az bildirir ki, OPEK-ə Birləşmiş Ərəb Əmirlikləri, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Liviya, Qabon, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela daxildir, Azərbaycan, Bəhreyn, Braziliya, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan tərəfdaşlar sayılır.
Azərbaycanın 2025-ci il büdcəsində bir barrel neft 70 dollardan götürülüb. “AzəriLayt” markalı Azərbaycan nefti yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna 68,82, iyula 72,01, avqusta 72,70, sentyabra 70,54 dollarla başlayıb, yanvar-iyul aylarında ölkədən 7,66 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub.
Kondensatla birlikdə neft hasilatı 2008-ci ildə 44,5 milyon ton, 2009-cu ildə 50,4 milyon ton, 2010-cu ildə 50,8 milyon ton, 2011-ci ildə 45,6 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2013-cü ildə 43,5 milyon ton, 2014-cü ildə 42 milyon ton, 2015-ci ildə 41,6 milyon ton, 2016-cı ildə 41 milyon ton, 2017-ci ildə 38,7 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2019-cu ildə 37,4 milyon ton, 2020-ci ildə 34,5 milyon ton, 2021-ci ildə 34,6 milyon ton, 2022-ci ildə 32,6 milyon ton, 2023-cü ildə 30,2 milyon ton, 2024-cü ildə 29,1 milyon ton, 2025-ci ilin yanvar-iyul aylarında 16 milyon ton göstərilib.
Mənbə: Opec.org