• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Gürcüstan əhlinin 78 faizi Avropa deyir

  • 04 Sentyabr 2025
  • comments
  • hikmet
  • Posted in Xəbər

2017-ci ilin yazından Gürcüstan vətəndaşları Avropa İttifaqı məkanına vizasız səyahət edə bilir.

2024-cü ildən bəri Qərb dairələri, o cümlədən Avropa İttifaqı ilə Gürcüstan hökuməti arasında gərginlik var. Avropa İttifaqı ölkənin demokratik dəyərlərdən uzaqlaşmasını əsas gətirərək geniş islahatlara çağırır, əks halda Gürcüstanı vizasız rejimi ləğv edəcəyi ilə hədələyir.

Vizasız səyahət Şengen zonası ölkələrini əhatə edir. Dövlət sərhədlərindən asan keçid sistemi olan Şengen zonasına Avropa İttifaqının 25 ölkəsi (Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İspaniya, İsveç, İtaliya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Rumıniya, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Yunanıstan), həmçinin İslandiya, İsveçrə, Lixtenşteyn, Norveç daxildir.

Şengen zonasının əsasını 1985-ci il iyunun 14-ü Almaniya, Belçika, Fransa, Lüksemburq və Niderland qoyub. Sərhəd rejiminin yumşaldılmasını nəzərdə tutan saziş Lüksemburqun Şengen kəndi yaxınlığında imzalanıb.

Avropa İttifaqına Şengen zonasında olmayan İrlandiya və Kipr də daxilidir. 2022-ci il martın 3-də quruma qoşulmaq üçün rəsmi ərizə verən Gürcüstan 2023-cü il dekabrın 14-də Avropa İttifaqı üzvlüyünə namizəd statusu alıb.

Gürcüstanda hökuməti 150 yerlik parlamentdə azı 76 mandatı olan partiya qurur. 2012, 2016, 2020 və 2024-cü illərin parlament seçkilərində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası qalib gəlib.

Novator.az bildirir ki, Qafqaz Tədqiqat Resurs Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 78 faizi vizasız rejimin ləğvinin Gürcüstanın ziyanına olacağını düşünür.

Hesabata əsasən, respondentlərin 22 faizi 2017-ci ildən bəri vizasız rejimdən yararlanıb.

8-12 avqust arası 1333 nəfər arasında keçirilmiş sorğuya qatılanların 51 faizi vizasız rejimin mümkün ləğvində hakim partiyanı təqsirli biləcəyini vurğulayıb.

Sorğu iştirakçılarının 78 faizinin ölkənin Avropa İttifaqına üzvlüyünə tərəfdar olduğu qeyd edilir.

Oyunçu alverində dövriyyə 10 milyard dolları döyür

  • 04 Sentyabr 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Oyunçu alverində dövriyyə 10 milyard dolları döyür

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Ən dinc və bəlalı ölkələr – “Vision of Humanity”

GLOBALS:0
comments
Xəbər

Ermənistanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

UEFA-nın klub reytinqi

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Oyunçu alverində dövriyyə 10 milyard dolları döyür

Son materiallar

comments
Xəbər

Oyunçu alverində dövriyyə 10 milyard dolları döyür

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Ən dinc və bəlalı ölkələr – “Vision of Humanity”

GLOBALS:0
comments
Xəbər

Ermənistanın istehlak bazarı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda