Yenilənmiş inzibati ərazi bölgüsünə görə, Azərbaycanda 64 rayon, 79 şəhər, 12 şəhər rayonu, 263 qəsəbə, 4244 kənd var.
Ölkədə 685 bələdiyyə yaradılıb.
İqtisadi rayonların sayı 14-dür: Bakı, Naxçıvan, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur, Şirvan-Salyan.
Əsası 1924-cü il fevralın 9-da qoyulan Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkibində muxtar dövlətdir.