• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Çin güc göstərib nə deyir? – “Röyter”

  • 03 Sentyabr 2025
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetŞərh

Sentyabrın 3-ü Çinin paytaxtı Pekində yapon işğalına müqavimət və İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilib. Novator.az-ın məlumatına görə, ABŞ-ın “Röyter” agentliyinin “Çin tarixinin ən böyük hərbi paradı” adlandırdığı güc nümayişi zamanı modernləşdirilmiş uzaqvuran nüvə raketləri, hava hücumundan müdafiə lazerləri, hipersəs silahları, dəniz dronları və başqa silahlar ortaya qoyulub.

1949-cu ildə yaradılmış Çin Xalq Respublikasında avtoritar kommunist rejimi hökm sürür. Hazırda dövlət başçısı postunu Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Cinpin tutur.

Hərbi təhlilçilər və diplomatlar hesab edir ki, 3 sentyabr paradı ilə Si Cinpin həm ABŞ və müttəfiqlərinə mesaj göndərir, həm qonşulara və bölgə gücləri Hindistan və Rusiyaya sözünü deyir, həm də Çin texnologiyalarını almağa həvəsli ölkələrə işarə verir. “Röyter”ə danışan sinqapurlu təhlükəsizlik eksperti Aleksandr Nil bu küll mesajları belə dəyərləndirir: “Çin bütün cəbhələr üzrə hərbi güc və texnoloji tərəqqi siqnalları göndərir. Rəqiblər bu amili nəzərə almaq zorundadır”.

Başqa ekspert, Sinqapurdakı Beynəlxalq Tədqiqatlar Məktəbinin təmsilçisi Çeyms Çarın fikrincə, Çin çoxsaylı yeni silahları nümayiş etdirməklə yaxın dənizlərə nəzarətə və ABŞ-la hər hansı mümkün münaqişəyə hazır olduğunu göstərir.

“Röyter” təhlilçilərin çoxdan bəlli bir qeydinə də diqqət çəkir: Tayvana görə mümkün münaqişə halında Pekin Cənubi Çin və Şərqi Çin dənizlərində nəzarəti ələ almağa vadar olacaq, ancaq ABŞ-ın hərbi-dəniz qüvvələrinin Şərqi Asiyada üstünlüyü şəraitində buna nail olmaq heç də asan deyil.

Tayvan Çinin nəzarətindən 1949-cu ildə çıxandan faktiki müstəqil dövlətdir, beynəlxalq aləmdə qismən tanınır. ABŞ və başqa Qərb ölkələri Tayvanı Çinin əyaləti saysa da, fəal dəstəkləyir, adanın zorla tutulmasına qarşı çıxır. Ada əhli də Tayvanın avtoritar kommunist rejiminin idarəçiliyi altında olan Çin Xalq Respublikasına birləşməsini qəbul etmir.

Mənbə: Reuters.com

“AzəriLayt”ın günü, ayları

  • 03 Sentyabr 2025
  • comments

Türkiyə: ərzaq 33 faizdən çox bahalaşıb

  • 03 Sentyabr 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

ABŞ-ın Qəzza planı: GREAT

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Cinpinlə Putin çiyin-çiyinə – CNN

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukraynada sorğu: güzəşt, ya döyüş?

GLOBALS:0
comments
ManşetXəbər

Məşhur romanın dördüncü bölümü çapdan çıxdı

GLOBALS:0

Tags

  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

ABŞ-ın Qəzza planı: GREAT

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

ABŞ-ın Qəzza planı: GREAT

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Cinpinlə Putin çiyin-çiyinə – CNN

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukraynada sorğu: güzəşt, ya döyüş?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda