Mərkəzi Bankın hesabatına görə, sentyabrın 1-nə valyuta ehtiyatı 11 milyard 249,4 milyon dollara çatıb. 2025-ci il 10 milyard 959,5 milyon dollarla başlayıb, səkkiz ayda 289,9 milyon dollar artım qeydə alınıb.
2015-ci ilə 13 milyard 758,3 milyon dollar valyuta ehtiyatı rəsmiləşib, devalvasiya fonunda 2016-cı ilə 5 milyard 16,7 milyon dollara, 2017-ci ilə 3 milyard 974,4 milyon dollara düşüb.
2018-ci il 5 milyard 334,6 milyon dollar, 2019-cu il 5 milyard 625,7 milyon dollar, 2020-ci il 6 milyard 258 milyon dollar, 2021-ci il 6 milyard 369,4 milyon dollar, 2022-ci il 7 milyard 75 milyon dollar, 2023-cü il 8 milyard 995,7 milyon dollar, 2024-cü il 11 milyard 613 milyon dollarla start götürüb.
2018-ci il martın 7-dən Mərkəzi Bank ABŞ dollarını 1,7 manata təklif edir. Manat valyuta hərraclarında qorunur. Mərkəzi Bankın 2025-ci ilin ilk yarısında keçirdiyi valyuta hərraclarında Dövlət Neft Fondundan 3,7 milyard ABŞ dolları məbləğində vəsait alınıb.
Analoji satış həcmi 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard, 2022-ci ildə 4,7 milyard, 2023-cü ildə 2,7 milyard, 2024-cü ildə 7,1 milyard dollar göstərilib.
2025-ci il iyulun 1-nə Dövlət Neft Fondunun 66 milyard 515,6 milyon dollarlıq aktivi olub.