• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Üç turnir, 108 komanda

  • 29 Avqust 2025
  • comments
  • hikmet
  • Posted in Xəbər

UEFA-nın klub turnirlərinin 2025-2026 mövsümündə ələmələr bitib, Rusiyanın buraxılmadığı yarışlarda 15 ölkə təmsilçisiz qalıb, İngiltərə, İtaliya, İspaniya, Almaniya, Fransa, Niderland və Polşa itki verməyib.

Reqlamentə görə, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının hər birinin liqa mərhələsində 36 komanda yarışır, ilk 8 pilləni tutanlar birbaşa 1/8 finala çıxır, 9-24-cü yerləri tutanlar 1/16 finalda mübarizə aparır. Konfrans Liqasında liqa mərhələsi 6, Çempionlar Liqası və Avropa Liqasında 8 turdan ibarətdir.

Azərbaycan təmsilçisi “Qarabağ” Çempionlar Liqasında yer alır. Komanda liqa raundunda “Çelsi”, “Ayntraxt” (Frankfurt), “Ayaks” və “Kopenhagen”lə evdə, “Liverpul”, “Benfika”, “Napoli” və “Atletik”lə səfərdə oynayacaq.

1955-ci ildən keçirilən, 1992-ci ilə qədər Çempionlar kuboku adlanmış Çempionlar Liqasında “Real” 15, “Milan” 7, “Bavariya” və “Liverpul” 6, “Barselona” 5, “Ayaks” 4, “İnter” (İtaliya) və “Mançester Yunayted” 3, “Benfika”, “Nottingem Forest”, “Yuventus”, “Portu” və “Çelsi” 2, “Seltik”, “Feyenoord”, “Aston Villa”, “Hamburq”, “Styaua”, PSV, “Srvena Zvezda”, “Marsel”, “Borussiya” (Dortmund), “Mançester Siti” və PSJ 1 titula sahibdir.

1971-ci ildən keçirilən, 2009-cu ilədək UEFA kuboku adlanmış Avropa Liqasında “Sevilya” 7, “Tottenhem”, “Liverpul”, “Yuventus”, “İnter” (İtaliya) və “Atletiko” 3, “Feyenoord”, “Borussiya” (Mönhenqladbah), “Ayntraxt” (Frankfurt), “Höteborq”, “Real”, “Parma”, “Portu” və “Çelsi” 2, PSV, “İpsviç”, “Anderlext”, “Bayer”, “Napoli”, “Ayaks”, “Bavariya”, “Şalke”, “Qalatasaray”, “Valensiya”, SSKA (Rusiya), “Zenit”, “Şaxtyor” (Ukrayna), “Mançester Yunayted”, “Vilyarreal” və “Atalanta” 1 uğur qazanıb.

2021-ci ildən keçirilən Konfrans Liqasını “Roma”, “Vest Hem”, “Olimpiakos” və “Çelsi” 1 dəfə udub.

Azərbaycan 55 üzvü olan UEFA-nın klub reytinqində 26-cı pillədədir. Reytinq klub turnirlərinin son beş mövsümündə qazanılan əmsallara əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır. Liqa mərhələsindən başlayaraq finala qədər bonus xalları da var. Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır. Azərbaycan bu mövsüm 3,875 əmsal əldə edib.

Generalların başı gedir – “Bloomberg”

  • 28 Avqust 2025
  • comments

Amerikalılar sülhə inanırmı?

  • 29 Avqust 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
comments
Xəbər

“Avroviziya 2026”ya hə demiş ölkələr

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistanda növbədənkənar seçki qaydası

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
ManşetXəbər

Eldar Həsənov – 70

Son materiallar

comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
comments
Xəbər

“Avroviziya 2026”ya hə demiş ölkələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda