• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Generalların başı gedir – “Bloomberg”

  • 28 Avqust 2025
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Si Cinpin üçüncü müddətə Çin lideri postuna oturandan bəri onun bir vaxt vəzifədə irəli çəkdiyi 79 generaldan 14-ü ictimai arenada gözdən itib. Ali rütbəli hərbçilərin tutulduğu, istintaqa cəlb olunduğu güman edilir. Xəbəri ABŞ-ın “Blumberq” (“Bloomberg”) agentliyi yayıb.

Çinin idarəçiliyinə Kommunist Partiyası məsuldur. 1953-cü il təvəllüdlü Si Cinpin 2012, 2017 və 2022-ci illərdə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi, 2013, 2018 və 2023-cü illərdə Çin Xalq Respublikasının sədri (dövlət başçısı) seçilib.

2018-ci ilədək eyni şəxsin iki müddətdən artıq dövlət başçısı seçilməsinə məhdudiyyət vardı.

Novator.az bildirir ki, 14 generalın gözdən itdiyini yazan “Blumberq” agentliyi Si Cinpin hakimiyyətə gələnə qədər 20 il ərzində ölkədə belə bir halın müşahidə olunmadığını vurğulayır. Məlumata görə, hazırda Mərkəzi Hərbi Şurada yeddi üzvdən yalnız dördü qalıb, bu da Mao Tzedundan bəri ən aşağı göstəricidir.

Mao Tzedun 1949-cu ildə qurulmuş Çin Xalq Respublikasının ilk lideridir, 1976-cı ilədək ölkəni idarə edib.

“Blumberq” qeyd edir ki, gözdən itən ən yüksək rütbəli hərbçi Mərkəzi Hərbi Şura sədrinin müavini general-polkovnik He Veydundur: “Onun başına nə gəldiyi indiyədək bəlli deyil. Dünyanın bəzi media quruluşları He Veydun barəsində korrupsiya ittihamı ilə iş qaldırıldığını xəbər verib, lakin bunu təsdiqləyəcək rəsmi bilgi yoxdur. Si Cinpin kadr dəyişiklikləri, eləcə də repressiyalar vasitəsilə silahlı qüvvələr üzərində hökmranlığını gücləndirir. Ancaq bəzi analitiklərin fikrincə, mühüm post tutan generalların üzləşdiyi aqibət ordunun hazırlıq vəziyyətinə mənfi təsir göstərir və Tayvanı Pekinə tabe etdirməyə çalışan liderin planını şübhə altına salır”.

Tayvan Çinin nəzarətindən 1949-cu ildə çıxandan faktiki müstəqil dövlətdir, beynəlxalq aləmdə qismən tanınır. ABŞ və başqa Qərb ölkələri Tayvanı Çinin əyaləti saysa da, fəal dəstəkləyir, adanın zorla tutulmasına qarşı çıxır. Ada əhli də Tayvanın avtoritar kommunist rejiminin idarəçiliyi altında olan Çin Xalq Respublikasına birləşməsini qəbul etmir.

Mənbə: Bloomberg.com

Moldova: seçki yarışında neçə iştirakçı var?

  • 28 Avqust 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Moldova: seçki yarışında neçə iştirakçı var?

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Çinli alimin ABŞ-da əməliyyatları – “Foks Nyus”

GLOBALS:0
comments
Xəbər

Ermənistan yenilikləri

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Almaniyada yeni təhlükəsizlik qurumu

GLOBALS:0

Tags

  • Hüquq
  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Moldova: seçki yarışında neçə iştirakçı var?

Son materiallar

comments
Xəbər

Moldova: seçki yarışında neçə iştirakçı var?

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Çinli alimin ABŞ-da əməliyyatları – “Foks Nyus”

GLOBALS:0
comments
Xəbər

Ermənistan yenilikləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda