• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ermənistan yenilikləri

  • 28 Avqust 2025
  • comments
  • hikmet
  • Posted in Xəbər

Ermənistanın Statistika Komitəsi makroiqtisadi hesabat yayıb. Rəsmi açıqlamaya görə, yanvar-iyul aylarında ümumi daxili məhsul 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz artıb. Tikinti sektorunda yüksəliş 20,2 faiz, xidmət sahəsində 10,6 faiz, ticarət dövriyyəsində 3,9 faiz, elektrik enerjisi istehsalında 2,1 faiz göstərilir.

Sənayedə 9,8 faiz, xarici ticarət dövriyyəsində 41,4 faiz, ixracda 48,3 faiz, idxalda 35,8 faiz geriləmə qeydə alındığı xəbər verilir.

Avqustun 27-də Ermənistan hökumətinin tərkibi qismən yenilənib. Nikol Paşinyanın baş nazirlik etdiyi hökumətdə bu şəxslər yer alır: Mger Qriqoryan, Tiqran Xaçatryan – baş nazirin müavinləri, Ararat Mirzoyan – xarici işlər naziri, Suren Papikyan – müdafiə naziri, Srbui Qalyan – ədliyyə naziri, Arpine Sərkisyan – daxili işlər naziri, Gevork Papoyan – iqtisadiyyat naziri, Vaqe Ovannisyan – maliyyə naziri, Mxitar Ayrapetyan – yüksək texnologiyalar sənayesi naziri, David Xudatyan – ərazi idarəçiliyi və infrastruktur naziri, Arsen Torosyan – əmək və sosial məsələlər naziri, Janna Andreasyan – elm, təhsil, mədəniyyət və idman naziri, Anait Avanesyan – səhiyyə naziri, Ambarsum Matevosyan – ətraf mühit naziri.

Hökuməti parlamentdə çoxluq təşkil edən qüvvə qurur. Hazırda Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyasının 107 yerlik qanunverici orqanda 68 mandatı var. Hökumət üzvlərini baş nazirin təqdimatı ilə prezident təyin edir.

1975-ci il təvəllüdlü Nikol Paşinyan 2018-ci il mayın 8-dən baş nazirdir. Prezident postunu Vaahn Xaçaturyan tutur.

Almaniyada yeni təhlükəsizlik qurumu

  • 28 Avqust 2025
  • comments

Çinli alimin ABŞ-da əməliyyatları – “Foks Ny...

  • 28 Avqust 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Moldova: seçki yarışında neçə iştirakçı var?

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Çinli alimin ABŞ-da əməliyyatları – “Foks Nyus”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Almaniyada yeni təhlükəsizlik qurumu

GLOBALS:0
comments
Xəbər

Minsk qrupu ləğv ərəfəsində

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Moldova: seçki yarışında neçə iştirakçı var?

Son materiallar

comments
Xəbər

Moldova: seçki yarışında neçə iştirakçı var?

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Çinli alimin ABŞ-da əməliyyatları – “Foks Nyus”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Almaniyada yeni təhlükəsizlik qurumu

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda