• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Çinli alimin ABŞ-da əməliyyatları – “Foks Nyus”

  • 28 Avqust 2025
  • comments
  • hikmet
  • Posted in AktualDünyanın səsiManşetXəbər

ABŞ-ın Texas Universitetində, Anderson adına Onkoloji Mərkəzdə çalışan çinli alim Yunhay Li mühüm tədqiqat materiallarını qanunsuz yolla Çinə keçirmək cəhdində günahlandırılır. Novator.az “Foks Nyus” (“Fox News”) kanalına istinadla xəbər verir ki, 35 yaşlı alim iyulun əvvəllərində Hyuston hava limanından Çinə uçmaq istəyərkən tutulub. Yoxlama zamanı ona məxsus əşyalardan ABŞ Müdafiə Nazirliyinin səhiyyə sahəsində maliyyələşdirdiyi layihələrə aid məxfi məlumatlar aşkarlanıb.

İstintaqı Texas ştatının Harris Dairəsi Prokurorluğu aparır. Yunhay Liyə kommersiya sirrini oğurlama, rəsmi sənədləri mənimsəmə ittihamları irəli sürülüb. Təqsiri sübuta yetirilsə, çinli alim 2 ildən 10 ilədək azadlıqdan məhrum edilə və 10 min dollar cərimələnə bilər.

İddiaya görə, Yunhay Li 2022-ci ildən çalışdığı Onkoloji Mərkəzdə bir xeyli məxfi məlumatı “Google” sistemində fərdi hesabına yükləyib. Onkoloji Mərkəzin rəhbərliyi bundan xəbər tutanda o, faylları silib, amma alimin materialları Çindəki serverə köçürdüyü üzə çıxıb. Söhbət dərc olunmamış elmi məqalələrdən, hələ yayılmamış, məxfi saxlanan bir sıra bilgilərdən, müalicə modellərindən və digər tədqiqat materiallarından gedir.

İstintaqın açıqlamasına əsasən, alim ABŞ-da işlədiyi müddətdə Çindəki elm fondundan da maliyyə dəstəyi alıb və Çuntsin Tibb Universiteti ilə əməkdaşlıq edib, amma bunu Anderson adına Onkoloji Mərkəzdən gizlədib.

“Foks Nyus” xəbər verir ki, təxminən bir ay istintaq təcridxanasında saxlanandan sonra Yunhay Li 5100 dollar girov qoyaraq ABŞ-ı tərk etməmək şərti ilə sərbəst buraxılıb, onun pasportu əlindən alınıb.

Mənbə: Foxnews.com

Ermənistan yenilikləri

  • 28 Avqust 2025
  • comments

Moldova: seçki yarışında neçə iştirakçı var?

  • 28 Avqust 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

GLOBALS:0
comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
comments
Xəbər

“Avroviziya 2026”ya hə demiş ölkələr

GLOBALS:0

Tags

  • Elm
  • Hadisə
  • Hüquq

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

Son materiallar

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

GLOBALS:0
comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda