• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Çin dollarla necə çarpışır? – “Euronews”

  • 27 Avqust 2025
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetŞərh

“Euronews” kanalının internet səhifəsində “Niyə Çin rəqəmsal valyutaya güc verir?” başlıqlı məqalə dərc olunub. Novator.az-ın məlumatına görə, məqalədə Çin Xalq Bankının rəqəmsal yuanı – e-CNY layihəsini 2019-cu ildə sınaqdan keçirdiyi xatırladılır: “Pekinin niyyəti həm ölkədə, həm də beynəlxalq maliyyə münasibətlərində ABŞ dollarına alternativ yaratmaqdır. Məqsəd Çinin ən böyük ikinci iqtisadiyyat statusunu möhkəmləndirmək, dolların qlobal maliyyə sistemindəki hegemon mövqeyini zəiflətməkdir. Lakin əsas maneə qalır: yuan hələ də tam dönərli (konvertasiya olunan) valyuta deyil. Çinin maliyyə bazarlarına girişinə məhdudiyyətlər də var. Bu səbəbdən yuanın beynəlxalq dövriyyədə dolları əvəzləməsi asan deyil”.

Təhlildə qeyd olunur ki, son illər Çində yuan əsasında stablkoin (sabit rəqəmsal valyuta) yaradılması ilə bağlı müzakirələr güclənib: “Stablkoinlər hər hansı milli valyutaya, məsələn, dollara bağlanır və dəyəri dəyişmir. O, sərhədlərarası əməliyyatlarda xərcləri və çətinlikləri azaltmaq üçün nəzərdə tutulub. Ancaq ənənəvi kriptovalyutalardan (bitkoin və s.) fərqli olaraq stablkoinlərin məqsədi investisiya deyil, sırf ödəniş vasitəsinə çevrilməkdir. ABŞ dollarına bağlanan 1 stablkoin 1 dollar dəyərində dövr edir və onu adətən özəl şirkətlər buraxır. Dövlət tənzimləməsindən kənar qalması təhlükəsizlik narahatlıqları yaradır”.

Məqaləyə görə, Çin hökuməti kriptovalyutaların, yəni bitkoin kimi mərkəzləşdirilməmiş rəqəmsal pulların ticarətini və istehsalını qadağan etsə də, rəqəmsal yuanı dəstəkləyir: “Ölkənin bir çox şəhərində dövlət qulluqçularının maaşı e-CNY ilə ödənir. 2024-cü ilin ortalarınadək bu valyuta ilə həyata keçirilən əməliyyatların həcmi 7,3 trilyon yuana çatıb. Çin nüfuz dairəsinə almaq istədiyi Afrikada da rəqəmsal yuanın istifadəsini təşviq edir”.

Yazıda bildirilir ki, avqustun 1-dən Honkonqda stablkoinləri tənzimləyən qanun qüvvəyə minib: “Məqsəd varlı sərmayəçiləri cəlb etmək və regionu rəqəmsal maliyyə mərkəzinə çevirməkdir. Qanuna görə, hər bir stablkoin buraxıldığı valyuta ehtiyatları ilə tam təmin olunmalıdır. Honkonq uzun illərdir Çinin maliyyə sistemində “təcrübə laboratoriyası” funksiyasını oynayır. Burada yuan əsasında stablkoin buraxılsa, onun istifadəsini tənzimləyən ayrıca qaydalar hazırlanmalı olacaq”.

Honkonq 1842-ci ildən Böyük Britaniyanın müstəmləkəsi olub, 1997-ci ildə Çinə qaytarılıb. 1949-cu ildə qurulan kommunist rejimli Çin Xalq Respublikasının tərkibində olsa da, müstəqil maliyyə təsisatları ilə seçilir, öz valyutasını işlədir.

“Niyə Çin rəqəmsal valyutaya güc verir?” yazısında Çinin əsas probleminin sərhədlərarası valyuta əməliyyatlarına sərt nəzarətdən və yuandan məhdud istifadədən doğduğu vurğulanır: “Beynəlxalq maliyyə şəbəkəsi SWİFT-in məlumatına görə, 2025-ci ilin iyununda qlobal ödənişlərin yalnız 2,9 faizə yaxını yuanın payına düşüb. ABŞ dollarının bu ödənişlərdə payı isə 47 faizdən çox olub. Yuan əsasən ticarət maliyyələşməsində istifadə olunur və buradakı payı təxminən 6 faizdir. Əksər əməliyyatlar Honkonqda aparılır. Beləliklə, Çin rəqəmsal valyutaları inkişaf etdirməklə qlobal maliyyə sistemində daha güclü oyunçuya çevrilmək, dollardan asılılığı azaltmaq və yuanın beynəlxalq mövqelərini gücləndirmək niyyətindədir. Lakin sərt valyuta nəzarəti və məhdud konvertasiya hələlik bu planların qarşısında əsas maneə olaraq qalır”.

Mənbə: Euronews.com

Bakı: rayonlar üzrə orta maaş

  • 27 Avqust 2025
  • comments

Pekin nadir metallar üzərində nəzarəti gücləndirir

  • 27 Avqust 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Pekin nadir metallar üzərində nəzarəti gücləndirir

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Litva: yeni baş nazirə yaşıl işıq

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Rusiya benzin burulğanında – “Röyter”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ölüm əleyhinə qiyam

GLOBALS:0

Tags

  • Siyasət
  • Sosial
  • Texnologiya

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Pekin nadir metallar üzərində nəzarəti gücləndirir

Son materiallar

comments
Dünyanın səsiXəbər

Pekin nadir metallar üzərində nəzarəti gücləndirir

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Litva: yeni baş nazirə yaşıl işıq

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Rusiya benzin burulğanında – “Röyter”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda