Avqustun 27-də “AzəriLayt” markalı Azərbaycan neftinin barrelinin 67,30 dollara satıldığı bəyan olunub. Bu, büdcə qiymətindən 2,70 dollar aşağı göstəricidir.
Azərbaycanın 2025-ci il büdcəsində bir barrel neft 70 dollardan götürülüb. “AzəriLayt” yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna 68,82, iyula 72,01, avqusta 72,70 dollarla başlayıb.
İxracatçıların OPEK+ koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.
Yanvar-iyul aylarında kondensatla birlikdə neft hasilatı 16 milyon ton, ixrac olunan xam neft və xam neft məhsulunun dəyəri 7,66 milyard dollar göstərilib.