Paytaxt müəssisələri və fərdi sahibkarlar yanvar-iyun aylarında 25,3 milyard manatlıq, 2024-cü ilin ilk yarısı ilə müqayisədə 1,5 faiz az sənaye məhsulu istehsal edib. Hesabatı yayan Bakı Şəhər Statistika İdarəsi həmçinin bildirir ki, kənd təsərrüfatında 39,9 faiz yüksəliş qeydə alınıb, bitkiçilik məhsulları istehsalı 38,1 faiz, heyvandarlıq məhsulları istehsalı 1,5 dəfə artıb, sərmayə qoyuluşu 14,9 faiz azalıb.
Pərakəndə ticarət dövriyyəsinin 4,4 faiz, ictimai iaşə dövriyyəsinin 15,7 faiz, ödənişli xidmətlərdən gəlirin 10,8 faiz artdığı vurğulanır.
Rəsmi açıqlamaya görə, istehlak 7 faiz bahalaşıb, qida məhsulları, içkilər və tütün məmulatları 5,9 faiz, qeyri-qida məhsulları 5,5 faiz, ödənişli xidmətlər 9,9 faiz qiymət artırıb, oyunun 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 1374,9 manata çatıb.