“Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsində iştirakını təsdiqləyən ölkələrin sayı 22-yə çatıb: Albaniya, Almaniya, Avstriya, Azərbaycan, Böyük Britaniya, Danimarka, Finlandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Monteneqro, Niderland, Norveç, Serbiya, Ukrayna, Yunanıstan.
Avstriyanın paytaxtı Vyanada keçiriləcək yarışın birinci yarımfinalı mayın 12-nə, ikinci yarımfinalı 14-nə, finalı 16-na təyin olunub.
Novator.az bildirir ki, ictimai teleradioları cəmləyən Avropa Yayım Birliyinin layihəsi olan “Avroviziya” müsabiqəsində 1956-cı ildən başlayaraq İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Avstriya, Norveç və Ukrayna 3, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib gəlib.