• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tehran rejiminə Zəngəzur kabusu – “Foks Nyus”

  • 25 Avqust 2025
  • comments
  • Novator.az
  • Posted in AktualDünyanın səsiManşetŞərh

“ABŞ prezidenti Donald Trampın qətiyyəti sayəsində Azərbaycanla Ermənistan arasında imzalanan sülh bəyannaməsi İran rejiminə strateji zərbədir”. ABŞ-ın “Foks Nyus” (“Fox News”) kanalının internet səhifəsində dərc edilən yazıda belə deyilir.

Novator.az-ın məlumatına görə, yazı İran üzrə iki ekspertin – ABŞ-da yaşayan jurnalist, hüquq müdafiəçisi Bənəfşeh Zəndin və mərkəzi ofisi Vaşinqtonda yerləşən Demokratiyanı Müdafiə Fondunun baş elmi işçisi Bəhnam Ben Taleblunun fikirləri üstündə qurulub.

Hər iki ekspert əslən İrandandır.

Bənəfşeh Zənd “Foks Nyus”a deyib ki, bəyannamədə yaradılması nəzərdə tutulan, “Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu” (TRİPP) adlandırılan Zəngəzur dəhlizinin 99 illiyə ABŞ şirkətinin icarəsinə verilməsi Amerika üçün böyük qazanc, Tehran rejiminə isə sillədir.

Avqustun 8-i Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan bir araya gəlib. ABŞ prezidenti Donald Trampın təşkil edərək qatıldığı görüşdə sülh bəyannaməsi imzalanıb. İki ölkənin xarici işlər nazirləri isə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar.

Vaşinqtonda həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən, Ermənistandan keçən dəhlizin yaradılması razılaşdırılıb. ABŞ-ın patronajlığı ilə gerçəkləşəsi bu layihəyə “Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu” (TRİPP) adı verilib.

“Foks Nyus” yazır: “Donald Trampın müdaxiləsi Xəzər hövzəsini Avropa ilə birləşdirən, İrandan tamamilə yan keçən yeni, həyati əhəmiyyətli ticarət və təhlükəsizlik dəhlizi yaradılması ilə nəticələnir. Dəhliz Vaşinqtona Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının Avropaya çatdırılmasına birbaşa nəzarət etmək imkanı verir. ABŞ dəhliz boyunca dəmir və avtomobil yollarına, telekommunikasiya şəbəkələrinə və enerji kəmərlərinə nəzarət edəcək. Bu, Amerika şirkətlərinə neft, qaz və malların regional tranzitində üstün mövqe qazandıracaq. ABŞ bu nəqliyyat arteriyasını idarə etməklə eləcə milyardlarla dollar dəyərində ticarətə və investisiyaya nail olmur, həm də Avropaya Rusiya və İrandan asılılığı azaldan alternativ təchizat marşrutları gətirir”.

Bənəfşəh Zənd “Foks Nyus”a bildirib ki, Vaşinqton razılaşması gələcəkdə bölgədə ABŞ-ın hərbi bazalarının yerləşdirilməsi ilə də nəticələnə bilər: “Bu dəhliz İran üçün kabusa çevrilmiş bir ssenaridir. Tehran uzun müddətdir coğrafi mövqeyindən yararlanıb enerji və ticarət axınlarını idarə edir. ABŞ isə Azərbaycanla Ermənistan arasında nail olduğu yeni razılaşma ilə regiona daxil olur və İranı bu rıçaqdan məhrum edir”.

Bəhnam Ben Taleblu “Foks Nyus”a açıqlamasında vurğulayıb ki, Zəngəzur dəhlizi İranın Qafqazda necə həssas vəziyyətdə olduğunu göstərir: “Ermənistanın Azərbaycanla son müharibədə məğlubiyyəti, həmçinin Moskva ilə Yerevan arasındakı siyasi problemlər İranın Ermənistanla ənənəvi iqtisadi və siyasi münasibətlərindən real fayda götürməsini çətinləşdirir. İran mahiyyətcə bu marşrutdan kənarlaşdırılıb”.

İran İslam Respublikası 1979-cu ildə, inqilab dalğasında yaradılıb. Dövlət başçısı səlahiyyətlərini ali rəhbər həyata keçirir. 1989-cu il iyunun 3-dən bu postu 1939-cu il təvəllüdlü Əli Xamneyi tutur.

Hökumət başçısı funksiyası daşıyan İran prezidenti ümumxalq səsverməsində 4 il müddətinə seçilir. 2024-cü il iyulun 28-dən 1954-cü il təvəllüdlü Məsud Pezeşkian prezidentdir.

Mənbə: Foxnews.com

Trampdan razılıq göstəriciləri

  • 25 Avqust 2025
  • comments

Büdcənin aylar üzrə xərci

  • 25 Avqust 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

GLOBALS:0
comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Trampın dəstəyi Bakı və Yerevana cəsarət verir – ekspert

GLOBALS:0

Tags

  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

Son materiallar

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

GLOBALS:0
comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda