• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

  • 22 Avqust 2025
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetŞərh

İran Çinə neft satmaq üçün sanksiyaları dolanan kölgə infrastruktur yaradıb. Son illər həmin infrastrukturdan Rusiya da Çinə neft satmaq məqsədilə istifadə edir. Böyük Britaniyanın “Fayneşnl Tayms” (“Financial Times”) qəzetində dərc edilmiş yazıda belə deyilir.

Novator.az-ın məlumatına görə, ABŞ-ın qlobal təhlükəsizlik məsələləri üzrə ixtisaslaşmış “C4ADS” qeyri-kommersiya təşkilatı ilə birgə apardığı araşdırma nəticəsində Çinin kölgə tanker donanmasını aşkarlayan “Fayneşnl Tayms” yazır ki, bu donanma haradasa 2019-cu ildə iranlı hüquqşünasların və mühasiblərin əli ilə yaradılıb.

Qəzet vurğulayır ki, donanma sanksiya altında olan ölkələrdən – İrandan, Venesueladan, 2022-ci ilin payızından bəri həm də Rusiyadan Çinə neft daşıyır.

Nəşrin ehtimalına görə, donanmaya bir çinli benefisiar nəzarət edir. Qəzet onun kimliyini üzə çıxara bilməyib, çünki benefisiarı ələ verməmək üçün çox mürəkkəb bir sxemdən – Çində yaradılmış saxta şirkətlər şəbəkəsindən, Panamadan, Britaniyanın Vircin adalarında yerləşən ofşor qurumlardan, İsveçrənin maliyyə, eləcə də hüquq vasitəçilərindən istifadə olunub.

“Fayneşnl Tayms”ın yazdığına görə, donanma 30-dan çox gəmidən ibarətdir. Qeyd olunur ki, gəmilərin bəzisi indiyədək cəmi bir dəfə reys edib, amma daima işləyənləri də var. Donanmada cəmlənmiş gəmilərin ümumi dəyəri 1 milyard dollardan, onların bu günədək daşıdığı neftin ümumi dəyəri isə 9 milyard dollardan çox qiymətləndirilir. Neftin 50 faizinin İrana, təxminən 25 faizinin Rusiyaya, 20 faizinin Venesuelaya məxsus olduğu, faktiki hamısının Çinə daşındığı bildirilir.

Qəzet yazır ki, ABŞ bu donanmaya daxil olan bəzi tankerlərə və onların nominal sahiblərinə İran, Venesuela və Rusiyaya qarşı sanksiyaları pozaraq neft ticarəti apardıqlarına görə əlavə sanksiyalar tətbiq edib.

“Fayneşnl Tayms”ın əməkdaşları sənədlərdə tankerlərin sahibi kimi göstərilən Çin şirkətlərinin rəhbərləri ilə əlaqə saxlamağa çalışanda aydın olub ki, sənədlərdəki ünvanlar başdan-ayağa saxtadır: ya kağız üzərində mövcuddur, gerçəklikdə o cür ünvan yoxdur, ya da ünvanla gəmiçilik arasında heç bir bağlılıq yoxdur.

Qəzet araşdırma nəticəsində belə bir qənaətə gəlib ki, İran təkcə neft yox, həm də sanksiyalardan yayınma üsullarını ixrac edir və onun ilk “alıcıları” sırasında Rusiya yer tutur.

Rusiyanın özünün də kölgə donanması olduğu heç kimə sirr deyil. Hətta bu donanmada minə yaxın gəminin cəmləndiyi iddia edilir. Həmin gəmilər mütəmadi olaraq saxlanılır və sanksiya siyahılarına salınır. 2024-cü ilin ilk yarısına olan qiymətləndirməyə görə, Rusiyanın neft ixracının təxminən 45 faizi kölgə donanması hesabına həyata keçirilir.

Mənbə: Ft.com

Ermənistana haralardan çox gəlirlər?

  • 22 Avqust 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

ABŞ kəşfiyyatından müttəfiqlərə yasaq

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Hillaridən Tramp etirafı – “The Hill”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Senatorlar Putini hədələyir – “Assoşieyted Press”

GLOBALS:0

Tags

  • Araşdırma
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

ABŞ kəşfiyyatından müttəfiqlərə yasaq

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Hillaridən Tramp etirafı – “The Hill”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda