• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ABŞ kəşfiyyatından müttəfiqlərə yasaq

  • 22 Avqust 2025
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiXəbər

ABŞ-ın Milli Kəşfiyyatına Rusiya-Ukrayna danışıqları barədə məlumatları müttəfiqlərlə paylaşmaq qadağan olunub. Novator.az “CBS News” kanalına istinadla bildirir ki, Milli Kəşfiyyatın direktoru Tulsi Qabbardın avqustun 20-də imzaladığı sənəd danışıqlar barədə özəl məlumatların xaricə ötürülməsini yasaqlayır.

ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya və Yeni Zelandiya İkinci Dünya müharibəsindən (1939-1945) sonra kəşfiyyat alyansı yaradıblar. Kəşfiyyat məlumatlarının qarşılıqlı paylaşılmasını nəzərdə tutan alyans “Beş göz” adlanır. 20 avqust sənədinə görə, ABŞ-ın Milli Kəşfiyyatı Rusiya-Ukrayna danışıqları barədə bilgilərini heç bir başqa ölkəyə, o cümlədən “Beş göz” alyansı ölkələrinə ötürməyəcək. Yalnız əvvəllər dərc olunmuş bilgilərin yayılmasına icazə verilir. Qadağa qeyri-kəşfiyyat kanalları ilə əldə olunmuş bilgiləri və sülh danışıqlarına aid olmayan kəşfiyyat məlumatlarını əhatə etmir.

Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım yarımadasını zəbt edərək martın 18-də özünə birləşdirib, ardınca Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 24-də Rusiya total hərbi əməliyyatlara başlayıb, oktyabrın 5-də Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.

İşğalçı savaş ölkənin hər yanına dağıdıcı hücumlarla müşayiət olunur. Rusiya müharibəni dayandırmaq çağırışları qarşısında Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrinin onun ərazisi kimi tanınması tələbi və başqa ağır şərtlər qoyub.

2017-2021-ci illərdə ABŞ-a prezidentlik eləmiş Donald Tramp 2025-ci il yanvarın 20-dən yenidən dövlət başçısıdır. Seçkidən öncə onun əsas vədlərindən biri Ukrayna müharibəsinin dayandırılması olub. Donald Tramp 2025-ci ildə rusiyalı həmkarı Vladimir Putinlə telefon danışıqları aparsa da, onu atəşkəsə razı sala bilməyib.

Avqustun 15-də ABŞ və Rusiya prezidentləri Alyaska ştatının Ankoric şəhərində bir araya gəliblər, ancaq yenə də savaşı dayandırmaq mümkün olmayıb.

Avqustun 18-i Donald Tramp Vaşinqtonda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb, sonra onlar geniş formatda – NATO-nun baş katibi, Avropa Komissiyasının sədri, Fransa, Finlandiya prezidentləri, Böyük Britaniya, İtaliya baş nazirləri, Almaniya kanslerinin iştirakı ilə bir araya gəliblər. Ağ evdəki çoxtərəfli görüşün fasiləsində Donald Tramp Vladimir Putinə zəng vuraraq onu Vladimir Zelenski ilə danışıq aparmağa razı salıb.

Mənbə: Cbsnews.com

Yerli seçkilərdə 14 partiya qaldı

  • 21 Avqust 2025
  • comments

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

  • 22 Avqust 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
comments
Xəbər

Yerli seçkilərdə 14 partiya qaldı

GLOBALS:0
comments
Xəbər

CXP neçə bələdiyyə itirib?

GLOBALS:0
comments
Xəbər

Gürcüstan: idxal ixracı 6,5 milyon dollar üstələyir

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
comments
Xəbər

Yerli seçkilərdə 14 partiya qaldı

GLOBALS:0
comments
Xəbər

CXP neçə bələdiyyə itirib?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda