Gürcüstanın Milli Statistika Xidməti xarici ticarət hesabatı yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, yanvar-iyul aylarında 3,8 milyard dollar dəyərində ixrac, 10,3 milyard dollarlıq idxal qeydə alınıb. Ticarət dövriyyəsində mənfi saldo 6,5 milyon dollar göstərilir.
2024-cü ilin yeddi ayına nəzərən ticarət dövriyyəsinin 10,3 faiz, ixracın 9 faiz, idxalın 10,8 faiz artdığı xəbər verilir.
Tərəfdaşlara gəlincə, Türkiyə Gürcüstanla alış-verişdə birinci, ABŞ ikinci, Rusiya üçüncü sırada yer alıb. İlk onluqda Çin, Qırğızıstan, Azərbaycan, Almaniya, Qazaxıstan, Böyük Britaniya, Ermənistan da var.
Mənbə: Geostat.ge