• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

CXP neçə bələdiyyə itirib?

  • 21 Avqust 2025
  • comments
  • hikmet
  • Posted in Xəbər

Türkiyədə 2024-cü il martın 31-də keçirilmiş yerli seçkilərin qalibi olan müxalif Cümhuriyyət Xalq Partiyası (CXP) ümumilikdə 433 bələdiyyə başçısı postu qazanmışdı. Novator.az bildirir ki, hazırda Cümhuriyyət Xalq Partiyasının yön verdiyi bələdiyyələrin sayı 403-dür: seçkilərdən ötən müddət ərzində 1 böyük şəhər, 31 rayon itirilib, 2 qəsəbə əlavə olunub. İndi CXP təmsilçiləri 13 böyük şəhər, 21 şəhər, 306 rayon, 63 qəsəbədə bələdiyyə başçısıdır.

CXP-nin itkiləri bələdiyyə başçılarının həbsi və postdan götürülməsi, hakim Ədalət və İnkişaf Partiyasına keçməyə vadar olmasının nəticəsidir.

1923-cü ildə qurulan CXP 1923-1950, 1963-1965, 1977, 1978-1979-cu illərdə təkbaşına hakimiyyətdə olub, 1961-1962, 1962-1963, 1974-cü illərdə hökumətə ortaqlıq edib, 2002-ci ildən başlayaraq bütün parlament seçkilərində ikinci yeri tutub.

2025-ci ilin yazından, Əkrəm İmamoğlunu prezidentliyə namizəd irəli sürmək təşəbbüsündən bəri CXP basqı altındadır. CXP üzvü olan Əkrəm İmamoğlu İstanbul Universitetini biznes idarəçiliyi (bakalavr) və insan resurslarının idarə edilməsi (magistr) ixtisasları ilə bitirib. 2019 və 2024-cü illərdə İstanbul bələdiyyəsinin başçısı seçilib. 2025-ci ildə Cümhuriyyət Xalq Partiyası onu prezidentliyə namizədi elan etmək qərarına gəlib, martın 23-nə ümumpartiya səsverməsi təyin olunub.

Martın 18-də İstanbul Universiteti Əkrəm İmamoğlunun bakalavr diplomunun geri alınması qərarı verib, martın 19-da Əkrəm İmamoğlu müxtəlif ağır cinayətlər üzrə həbs dalğası çərçivəsində tutulub, martın 23-də bələdiyyə başçısı postundan götürülüb. Bu, kəskin etirazlara, kütləvi aksiyalara səbəb olub. Martın 23-də ölkə boyu təşkil edilən ümumpartiya səsverməsinə başqa siyasi qüvvələr və ictimaiyyət təmsilçiləri də qatılıb, Əkrəm İmamoğlu ümumilikdə 15,5 milyon səs alıb. Martın 27-də CXP onu rəsmən prezidentliyə namizədi elan edib və növbədənkənar seçkilər tələbi qoyub. Qarşıdurma dalğasında başqa CXP təmsilçiləri, o cümlədən bir çox bələdiyyə başçısı tutulub. İyulun 28-də İstanbul Universiteti Əkrəm İmamoğlunun magistr diplomunu da ləğv edib.

Konstitusiyaya görə, yalnız ali təhsilli şəxs Türkiyə prezidentliyinə namizəd ola bilər.

CXP-yə təzyiqlərin bir qolu 5 noyabr 2023-cü il qurultayı ətrafında məhkəmə çəkişməsidir. Həmin qurultayda partiyanın lideri dəyişib: Özgür Özəl 2010-cu ildən sədrlik edən Kamal Kılıçdaroğlunu üstələyib. 2025-ci ilin yazında bir qrup partiya üzvü məhkəməyə üz tutaraq 5 noyabr 2023-cü il qurultayının nəticələrinin etibarsız sayılmasını istəyib. Onlar bildirir ki, qurultayın bir çox nümayəndəsi müxtəlif üsullarla ələ alınıb və sədr seçkisinə haram qatılıb.

İddia ortaya çıxan kimi CXP fövqəladə qurultaya gedib və aprelin 6-da Özgür Özəl yenidən sədr seçilib, ancaq məhkəmə iddiası geri çəkilməyib.

Ankara Mülki Məhkəməsində çəkişmə sentyabrın 15-də başlamalıdır.

Partiyaya Mustafa Kamal Atatürk, İsmət İnönü, Bülənd Ecevit, Dəniz Baykal (üç dönəm), Hikmət Çətin, Altan Öymən də liderlik ediblər.

Türkiyədə prezident və parlament seçkiləri beş ildən bir eyni gündə keçirilir. Son qoşa seçki 2023-cü il mayın 14-də olub, parlament formalaşıb, prezident seçkisi ikinci turda – mayın 28-də bitib.

Parlamentin – 600 nəfərlik Türkiyə Böyük Millət Məclisinin 360 səslə növbədənkənar seçkiyə qərar vermək hüququ var. Bu halda qoşa seçki qaydası tətbiq olunacaq və indiki dövlət başçısı Rəcəb Teyyub Ərdoğan bir daha prezidentliyə namizəd ola biləcək.

2018-ci ildən prezident həm də hökumət başçısıdır. Heç kim iki dəfədən artıq prezident seçilə bilməz.

Ədalət və İnkişaf Partiyasının sədri olan Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən baş nazirlik edib, 2014 və 2018-ci illərdə prezident seçilib. İki dəfədən artıq seçilməyə məhdudiyyət 2018-ci ildən hesablandığı üçün Rəcəb Teyyub Ərdoğan 2023-cü ildə də prezident mandatı alıb.

Türkiyə Böyük Millət Məclisinin hazırda 592 üzvü var. Ədalət və İnkişaf Partiyası 272, onun əsas müttəfiqi – Milliyyətçi Hərəkat Partiyası 47 mandatla təmsil olunur.

Cümhuriyyət Xalq Partiyasının 137, Xalqların Bərabərlik və Demokratiya Partiyasının 56, Yaxşı Partiyanın 29 mandatı var.

Demokratiya və Sıçrayış, Gələcək və Səadət partiyalarının fraksiya kimi qurduğu Yeni Yol Partiyası ümumilikdə 22, Hür Dava Partiyası 4, Yenidən Rifah Partiyası 4, Türkiyə Fəhlə Partiyası 3, Demokratik Bölgələr Partiyası 2, Əmək Partiyası 2, Demokrat Partiyası 1, Demokratik Sol Partiya 1, müstəqillər 12 mandata sahibdir.

Gürcüstan: idxal ixracı 6,5 milyon dollar üstələyi...

  • 21 Avqust 2025
  • comments

Yerli seçkilərdə 14 partiya qaldı

  • 21 Avqust 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Yerli seçkilərdə 14 partiya qaldı

GLOBALS:0
comments
Xəbər

Gürcüstan: idxal ixracı 6,5 milyon dollar üstələyir

GLOBALS:0
comments
Xəbər

Gələn 1,7 faiz, gedən 2,8 faiz azalıb

GLOBALS:0
comments
Xəbər

“Avroviziya” günləri

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Yerli seçkilərdə 14 partiya qaldı

Son materiallar

comments
Xəbər

Yerli seçkilərdə 14 partiya qaldı

GLOBALS:0
comments
Xəbər

Gürcüstan: idxal ixracı 6,5 milyon dollar üstələyir

GLOBALS:0
comments
Xəbər

Gələn 1,7 faiz, gedən 2,8 faiz azalıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda