• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ağ ev “TikTok”da ilk rəsmi hesabını açdı

  • 20 Avqust 2025
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

ABŞ prezidentinin baş iqamətgahı – Ağ ev avqustun 19-da Çinin sosial media platforması “TikTok”da ilk rəsmi hesabını istifadəyə verib. Novator.az ABŞ-ın “Foks Nyus” kanalının internet səhifəsinə istinadla bildirir ki, “TikTok”dakı hesaba “Welcome to the Golden Age of America” – “Amerikanın qızıl dövrünə xoş gəlmisiniz” şüarı seçilib.

Xəbərə görə, ilk paylaşımın mərkəzində prezident Donald Tramp dayanır. “America we are BACK! What’s up “TikTok?” (“Amerika, biz geri döndük! Necəsən, “TikTok?”) başlıqlı videoda Donald Trampın mitinqlərdən və çıxışlardan görüntüləri nümayiş etdirilir, prezidentin səsi eşidilir: “Hər gün bu ölkənin hər yerində insanlara daha yaxşı həyat bəxş etmək üçün oyanıram. Mən sizin səsinizəm”.

Ağ evin mətbuat katibi Kerolayn Livit açıqlama yayaraq qeyd edib ki, administrasiya prezident Donald Trampın tarixi uğurlarını mümkün qədər çox auditoriyaya və platformaya çatdırmaq əzmindədir: “Seçki kampaniyası dövründə Donald Trampın mesajları “TikTok”da üstünlük qazanmışdı, biz həmin uğurları davam etdirmək və heç bir administrasiyanın etmədiyi üslubda ünsiyyət qurmaq niyyətindəyik”.

Donald Tramp 2016-cı ilin prezident seçkisində qalib gəlib, 2017-ci il yanvarın 20-dən prezidentliyə başlayıb, 2020-ci ilin prezident seçkisində uduzub, 2021-ci il yanvarın 20-də postunu tərk edib.

2024-cü ilin prezident seçkisini udan Donald Tramp 2025-ci il yanvarın 20-dən yenidən dövlət başçısıdır.

İlk prezidentliyi dövründə – 2020-ci ildə Donald Tramp “TikTok”un ABŞ-da qadağan olunması barədə fərman imzalayıb, amma federal məhkəmə həmin qərarı qüvvədən salıb. 2024-cü ildə isə “TikTok”un ana şirkətinin ABŞ-dakı bölməsinin ölkəyə satılmasını tələb edən qanun qəbul olunub. Bu il prezident postuna qayıtdıqdan sonra Donald Tramp ABŞ-dakı bölmənin ölkəyə satılması tələbi qoyaraq “TikTok”a qadağanın icrasını üç dəfə təxirə salıb. Son möhlət sentyabrın 17-də bitir.

Mənbə: Foxnews.com

Gürcüstanda işsizlik: il, illər

  • 20 Avqust 2025
  • comments

Senatorlar Putini hədələyir – “Assoşieyted P...

  • 20 Avqust 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Gələn 1,7 faiz, gedən 2,8 faiz azalıb

GLOBALS:0
comments
Xəbər

“Avroviziya” günləri

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Senatorlar Putini hədələyir – “Assoşieyted Press”

GLOBALS:0
comments
Xəbər

Gürcüstanda işsizlik: il, illər

GLOBALS:0

Tags

  • Siyasət
  • Texnologiya

Rəylər

Do not miss

comments
Xəbər

Gələn 1,7 faiz, gedən 2,8 faiz azalıb

Son materiallar

comments
Xəbər

Gələn 1,7 faiz, gedən 2,8 faiz azalıb

GLOBALS:0
comments
Xəbər

“Avroviziya” günləri

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Senatorlar Putini hədələyir – “Assoşieyted Press”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda