Azərbaycan Avstriyanın ev sahibliyi edəcəyi “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsində iştirakını təsdiqləyib.
İctimai teleradioları cəmləyən Avropa Yayım Birliyinin layihəsi olan “Avroviziya” müsabiqəsi 1956-cı ildən keçirilir. Azərbaycan 2008-ci ildən başlayaraq 17 yarışa qatılıb, 2011-ci ildə 1-ci yeri yeri tutub.
İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Avstriya, Norveç və Ukrayna 3, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya və Portuqaliya 1 yarışdan qalib çıxıb.
“Avroviziya 2026”ya ev sahibi və Azərbaycanla yanaşı bu ölkələr razılıq verib: Albaniya, Almaniya, Böyük Britaniya, Danimarka, Finlandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Norveç, Serbiya, Yunanıstan.