Yanvar-iyul ayları üzrə hesabat yayan Dövlət Statistika Komitəsi bildirir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda kənd təsərrüfatı məhsulu 0,3 faiz artıb, heyvandarlıq məhsulları istehsalında 1,1 faiz yüksəliş, bitkiçilik məhsulları istehsalında 0,4 faiz azalma qeydə alınıb.
Nəqliyyat sektorunda yük daşınması üzrə artım 2,6 faiz, sərnişin daşınması üzrə 5 faiz göstərilir.
İnformasiya və rabitə xidmətlərinin həcminin 7,4 faiz, ictimai iaşə dövriyyəsinin real ifadədə 14 faiz, ödənişli xidmətlərin dəyərinin real ifadədə 9,3 faiz, əhalinin gəlirlərinin nominal ifadədə 7,2 faiz artdığı, dövlət büdcəsinə 23 milyard 480,9 milyon manatın daxil olduğu, büdcədən 19 milyard 944,6 milyon manatın xərcləndiyi vurğulanır.