• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycanı İbrahim sazişlərinə cəlb etmək – “Uoll Strit Jurnal”

  • 14 Avqust 2025
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetTribuna

ABŞ-ın “Uoll Strit Jurnal” (“Wall Street Journal”) qəzetində “Azərbaycanı və başqa ölkələri İbrahim sazişlərinə cəlb etməyin vaxtıdır” başlıqlı yazı dərc olunub. Məqalənin iki müəllifi var: Vaşinqtonda yerləşən Yorktaun İnstitutunun prezidenti Set Kropsi və institutun nəzdindəki “Turan” Araşdırmalar Mərkəzinin sədri Cozef Epşteyn.

2020-2021-ci illərdə İsraillə dörd ərəb dövləti (Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Mərakeş, Sudan) arasında münasibətlərin normallaşdırılmasına dair razılaşmalar əldə olunub. Bu razılaşmalar İbrahim peyğəmbərin şərəfinə İbrahim sazişləri adı alıb.

Novator.az-ın məlumatına görə, “Azərbaycanı və başqa ölkələri İbrahim sazişlərinə cəlb etməyin vaxtıdır” yazısında qeyd olunur ki, ABŞ prezidenti Donald Trampın avqustun 8-i Azərbaycan və Ermənistan arasında sülh sənədlərinin imzalanma mərasiminə ev sahibliyi etməsini İsrailin rəsmi dairələri də məmnuniyyətlə qarşılayıb: “Bu təşəbbüs İsrailin ən yaxın müsəlman tərəfdaşlarından olan Azərbaycanın ABŞ-ın dəstəyi ilə həyata keçirdiyi layihə idi. Üçtərəfli əməkdaşlıq hər iki ölkə üçün uzunmüddətli strateji hədəf olub. Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan münaqişəsində vasitəçiliyini uğursuz sayaraq ABŞ-la birbaşa danışıqlara üstünlük verib, İsrail də bu xətti dəstəkləyib. İndi Donald Trampın imkanları daha genişdir: o, İbrahim razılaşmalarını Azərbaycana, habelə Qazaxıstan və Özbəkistan kimi Mərkəzi Asiya ölkələrinə şamil etməklə Yaxın Şərq və Avrasiya düzənini yenidən qura bilər. Belə strateji genişlənmə rəqiblərin qarşısını almağa, təchizat zəncirlərini şaxələndirməyə, ABŞ və İsraillə sıx əməkdaşlıq edən, əksəriyyəti müsəlman olan dövlətlərdən ibarət blok formalaşdırmağa imkan verər. Bu həm də İsrailin beynəlxalq aləmdəki imicinə qarşı aparılan kampaniyalara cavab olar.

Artıq bu ölkələrin əksəriyyəti İsraillə yaxın münasibətlər saxlayır. Azərbaycan İsrailin ən yaxın müsəlman müttəfiqi sayılır: İsrail neftinin 40 faizə qədəri Azərbaycandan gəlir, əvəzində Bakı müasir silah sistemləri alır. Bu silahlar Azərbaycanın 2020-ci ildən bəri hərbi əməliyyatlarda qələbə qazanmasında mühüm rol oynayıb. Qazaxıstan da İsrailin əsas neft təchizatçılarındandır, Özbəkistanla da ticarət əlaqələri genişdir”.

Məqalə müəllifləri yazırlar ki, Mərkəzi Asiya və Cənubi Qafqazdakı siyasi meyillər ABŞ-a İbrahim razılaşmalarını genişləndirməkdə yeni imkanlar yaradır: “Ukraynada ilişib qalan Rusiya yaxın qonşulara təsirini itirib. Qazaxıstan, Ermənistan və Azərbaycan daha çox müstəqillik nümayiş etdirir, Türkiyə, Avropa İttifaqı, Çin, Hindistan və ABŞ kimi güclərlə əməkdaşlığı artırmağa çalışır.

Mərkəzi Asiya ABŞ-ın Çin və digər rəqiblərlə güc rəqabətində mühüm əhəmiyyət daşıyır. Region milli təhlükəsizlik və texnoloji təchizat zəncirləri üçün vacib olan strateji minerallarla zəngindir. Qazaxıstan nadir torpaq elementləri və strateji mineralların ən iri ehtiyatlarına malikdir. Bunlar ağıllı silahlardan tutmuş elektrik nəqliyyat vasitələrinə, yarımkeçiricilərə qədər bir çox texnologiyada istifadə olunur. Özbəkistan isə son illər mis, litium və nadir torpaq elementləri istehsalını artırmaq üçün 2,6 milyard dollarlıq yeni sərmayə proqramı elan edib. ABŞ hazırda nadir torpaq elementlərinin 70 faizini Çindən alır, bu isə strateji asılılıq deməkdir. Mərkəzi Asiya ehtiyatları bu asılılığı aradan qaldıra bilər”.

Məqalədə vurğulanır ki, coğrafiya da üstünlük verir: “Azərbaycan və Mərkəzi Asiya Orta dəhlizin mərkəzində yerləşir. Bu ticarət marşrutu Şərqi Asiyanı Avropa ilə birləşdirir, həm Rusiyadan, həm də İrandan yan keçir. Dəhlizin dost ölkələrdən keçməsi iqtisadi dayanıqlığı və geosiyasi sabitliyi möhkəmləndirər.

İbrahim razılaşmaları təkcə diplomatik deyil, həm də iqtisadi platformaya çevrilməlidir. Dini dözümlülük və ortaq rifah prinsiplərinə sadiq ölkələri bir araya gətirən genişlənmiş blok terrorizmə qarşı mübarizə, təhsil proqramları üzrə mübadilə, mədəni əlaqələr, ticarət və infrastruktur layihələrində əməkdaşlıq edə bilər”.

Müəlliflər hesab edirlər ki, Azərbaycan İbrahim razılaşmalarının genişlənməsinin təbii dayağıdır: “Ölkə həm coğrafi baxımdan Qafqazla Mərkəzi Asiya arasında körpüdür, həm də illərdir İsraillə müsəlman dünyası arasında təmaslara vasitəçilik edir. Bakı Türkiyə ilə İsrail arasında gərginliklərin azaldılmasına yardım edib. İsraillə Azərbaycanın İran təhlükəsi mövzusunda əməkdaşlığı da bəllidir.

ABŞ və İsrailin İran əleyhinə birgə əməliyyatları bu yeni sazişi mümkün edib. Heydən düşmüş Tehran əvvəllər “qırmızı xətt” saydığı Zəngəzur dəhlizinə daha mane ola bilmir. Rusiyanın zəifləməsi isə Vaşinqtonun Ermənistan üzərində Moskvanın təsirini aradan qaldırmasına imkan verib. ABŞ-ın dəhlizi və tranziti təmin etməsi, iqtisadi maraqların sülhü möhkəmləndirməsi fonunda Ermənistan artıq ölkəsindəki iki rus bazasına ehtiyac duymur.

İranın geri çəkilməsi və Rusiyanın zəifləməsi həm Azərbaycan-Ermənistan sülhünü, həm də bölgədə yeni geosiyasi nizam qurulmasını mümkün edib. İbrahim razılaşmaları bu düzənin əsas dayağına çevrilə bilər: ABŞ və İsraillə iqtisadi inteqrasiya olunmuş, daxildə tolerant, xaricdə möhkəm dayanan güclü bir blok”.

Mənbə: Wsj.com

İctimai nəqliyyat niyə pulsuz oldu? – “Röyte...

  • 14 Avqust 2025
  • comments

Yerli seçkilərdə növbəti mərhələ

  • 14 Avqust 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

İctimai nəqliyyat niyə pulsuz oldu? – “Röyter”

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Ukrayna savaşında diplomatiya – “Associated Press”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Zülmün yaşı

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Putin Alyaskaya nə təkliflə gedir?

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

İctimai nəqliyyat niyə pulsuz oldu? – “Röyter”

Son materiallar

comments
Dünyanın səsiXəbər

İctimai nəqliyyat niyə pulsuz oldu? – “Röyter”

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Ukrayna savaşında diplomatiya – “Associated Press”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Zülmün yaşı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda