• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Putin Alyaskaya nə təkliflə gedir?

  • 13 Avqust 2025
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

ABŞ və Rusiya prezidentlərinin avqustun 15-nə təyin olunmuş görüşü ərəfəsində Moskva Ukrayna böhranından yeni çıxış variantı səsləndirir.

Donald Trampla Vladimir Putinin Alyaska ştatının Ankoric şəhərində bir araya gələcəkləri açıqlanıb.

Novator.az-ın məlumatına görə, İtaliyanın “Corriere della Sera” qəzeti yazır ki, Vladimir Putin 15 avqust görüşündə Ukrayna hərbçilərinin Donbas bölgəsindən (Donetsk və Luqansk vilayətlərindən) tam çəkilməsi tələbi qoymaq, əvəzində Rusiya silahlı qüvvələrinin Xarkov, Sumı, Dneprepetrovsk vilayətlərindən çəkilməsinə boyun olmaq niyyətindədir. Rusiya prezidentinin xarici siyasət müşaviri Dmitri Suslova istinad olunan yazıda o da bildirilir ki, Vladimir Putin cəbhə xəttinin Zaporojye və Xerson istiqamətlərində indiki durumun qalmasını istəyir.

Rusiyanın başqa bir şərti Ukraynanın heç bir vaxt NATO üzvü olmayacağına zəmanət verilməsi, sonrakı mərhələdə ölkənin konstitusiya dəyişikliyinə gedərək federallaşmasıdır.

Kremlin Advisor Voices Putin’s Demands. What Will He Ask Trump For?

The newspaper Corriere della Sera claims that Dmitry Suslov revealed the conditions the Kremlin dictator will present to Trump in Alaska. The list of demands for a peace deal includes:

▪️ Signing a treaty… pic.twitter.com/rTCeuihFNf

— NEXTA (@nexta_tv) August 12, 2025

2014-cü ilin fevralında Ukraynada Qərbə bağlı, ölkənin Avropa İttifaqına və NATO-ya üzvlüyünü istəyən qüvvələr inqilab dalğasında hakimiyyətə gəlib. Rusiya dərhal ölkənin Krım yarımadasını zəbt edərək martın 18-də özünə birləşdirib, ardınca Donetsk və Luqansk vilayətlərinin (Donbas bölgəsi) bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 24-də Rusiya total hərbi əməliyyatlara başlayıb, oktyabrın 5-də Donetsk və Luqansk bölgələrini, eləcə də Zaporojye və Xerson vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.

İşğalçı savaş başqa bölgələri, o cümlədən Xarkov, Sumı, Dneprepetrovsk vilayətlərini əhatə edib, ölkənin hər yanına dağıdıcı silahlarla hücumlarla müşayiət olunur.

Kreml müharibəni dayandırmaq çağırışları qarşısında Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrinin Rusiya ərazisi kimi tanınması tələbi ilə çıxış edib.

Ukrayna 2022-ci il iyunun 23-dən Avropa İttifaqı üzvlüyünə namizəddir, bu quruma, həmçinin NATO-ya inteqrasiya mövqeyində dayanır.

Avropa İttifaqında 27 ölkə, o cümlədən Almaniya, Fransa, İspaniya, İtaliya təmsil olunur.

Hərbi-siyasi ittifaq olan NATO-ya (Şimali Atlantika Müqaviləsi Təşkilatı) 32 ölkə, o cümlədən ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya, Kanada, Türkiyə daxilıdir.

Mənbə: Ukranews.com

Makroiqtisadi hesabat

  • 12 Avqust 2025
  • comments

Türkiyənin nə qədər əhalisi var?

  • 13 Avqust 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Zülmün yaşı

GLOBALS:0
comments
Xəbər

Türkiyənin nə qədər əhalisi var?

GLOBALS:0
comments
Xəbər

Makroiqtisadi hesabat

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan: yerli seçkilərə 17 partiya buraxılıb

GLOBALS:0

Tags

  • Hüquq
  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Zülmün yaşı

Son materiallar

comments
ManşetTribunaYazarlar

Zülmün yaşı

GLOBALS:0
comments
Xəbər

Türkiyənin nə qədər əhalisi var?

GLOBALS:0
comments
Xəbər

Makroiqtisadi hesabat

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda