• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yenə İsrail-İran müharibəsi – “Foreign Policy”

  • 12 Avqust 2025
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetŞərh

ABŞ-ın “Foreign Policy” jurnalında “Üfüqdə növbəti İsrail-İran müharibəsi görünür” adlı məqalə dərc olunub. Yazının müəllifi Kuinsi adına Məsuliyyətli Dövlət İdarəçiliyi İnstitutunun icraçı vitse-prezidenti Trita Parsidir.

2019-cu ildə yaradılan, ABŞ-ın 6-cı prezidenti (1825-1829-cu illər) Con Kuinsi Adamsın adını daşıyan, diplomatiya, xarici siyasət məsələləri üzrə ixtisaslaşan Məsuliyyətli Dövlət İdarəçiliyi İnstitutu Vaşinqtonda yerləşir.

Trita Parsi əslən iranlıdır, həm İran, həm də İsveç vətəndaşıdır, bir ara Milli Amerika-İran Şurasına rəhbərlik edib.

İranı nüvə silahı hazırlamaq niyyətində ittiham edən İsrail 2025-ci il iyunun 13-dən bu ölkəyə qarşı kəskin hərbi hava və raket hücumları aparıb. İyunun 22-də ABŞ da hava hücumlarına qoşulub, İranın əsas nüvə təsisatlarına zərbələr endirilib. İyunun 23-də atəşkəs razılığına gəlinib.

Novator.az-ın məlumatına görə, Trita Parsi “Üfüqdə növbəti İsrail-İran müharibəsi görünür” məqaləsində yazır ki, İsrail bu ilin sonunadək, bəlkə də elə bu ay İranla yeni müharibəyə başlaya bilər: “İran bu ilin iyun ayında müharibənin uzun sürəcəyini gözləyirdi və uzunmüddətli qarşıdurmaya hazırlaşdığına görə bütün gücünü birdən-birə xərcləmirdi, hücumları aram-aram həyata keçirirdi. Yeni savaşda İran daha riskli davrana, İsrailin hərbi üstünlüyünə boyun əyməmək qətiyyəti nümayiş etdirə bilər. Bu isə müharibənin daha qanlı, daha irimiqyaslı xarakter almasına gətirib çıxara bilər. Əgər ABŞ prezidenti Donald Tramp yenidən İsrailin təzyiqi altında münaqişəyə qoşularsa, onda prosesin Amerika ilə İran arasında böyük müharibəyə çevrilməsi, Vaşinqtonun İraq müharibəsindən daha çətin bir savaşla üzləşməsi də mümkündür”.

Müəllifin fikrincə, iyun müharibəsində İsrailin məqsədi təkcə İranın nüvə proqramını dayandırmaq deyildi: “İsrailin əsl məqsədi Yaxın Şərqdə güc balansını dəyişməkdir. Tel-Əviv illərdir ABŞ-ı İranla hərbi əməliyyata cəlb etməklə Tehranın mövqelərini zəiflətməyə çalışır. İyun ayındakı zərbələrlə İsrail üç hədəf güdürdü: ABŞ-ı İranla birbaşa savaşa qatmaq, İran rejimini başsız qoymaq, İranı Suriya və Livan kimi asanca bombalana biləcək zəif ölkəyə çevirmək. Bu hədəflərdən yalnız biri, o da qismən gerçəkləşdi – ABŞ müharibəyə qoşuldu, amma tam miqyasda yox. Tramp İranın bir neçə nüvə obyektinə məhdud hava zərbələri ilə kifayətləndi, münaqişəni genişləndirmədi”.

İyunun 13-də İsrailin İrana endirdiyi ilk zərbələrin effekt verdiyini, 30 komandanın, 19 nüvə aliminin öldürüldüyünü, ancaq islam respublikası rəhbərliyinin 18 saat sonra özünü toparlayıb əks-hücuma keçə bildiyini yazan müəllifin sözlərinə görə, İsrail kəşfiyyatının psixoloji təzyiqləri də Tel-Əvivin gözlədiyi reaksiyanı doğurmadı: İran rəsmiləri postlarını qoyub qaçmadılar, rejimi tərk etmədilər, üstəlik, cəmiyyətdə də parçalanma, rejimə qarşı üsyan baş qaldırmadı, əksinə, iranlılar, hətta teokratik rejimi bəyənməyənlər də müqavimət ruhuna kökləndilər.

Trita Parsi yazır ki, İsrailin müdafiə naziri və baş qərargah rəisi iyun döyüşlərinin yalnız birinci mərhələ olduğunu açıq şəkildə bəyan ediblər: “Tel-Əviv İranın raket ehtiyatlarını bərpa etməsinə, hava hücumundan müdafiəni gücləndirməsinə imkan vermək fikrində deyil. “Ot biçmək” adını almış strategiyaya görə, düşmən özünü toparlamamış, İsrailin hərbi hökmranlığına meydan oxuya biləcək vəziyyətə gəlməmiş ona qabaqlayıcı zərbələr endirilməlidir. Bu məntiqlə İsrail növbəti hücumu tezləşdirməkdə maraqlıdır. Üstəlik, ABŞ-da aralıq seçkilər yaxınlaşır, seçki dövründə isə Vaşinqtonun yeni hərbi əməliyyata reaksiyasının necə olacağını hesablamaq çətindir”.

ABŞ Konqresi 435 nəfərlik Nümayəndələr Palatasından və 100 nəfərlik Senatdan ibarətdir. Dörd il müddətinə seçilən prezidentin səlahiyyət müddətinin ikinci ilində, noyabrın ilk çərşənbə axşamı Nümayəndələr Palatasına və Senatın üçdə bir hissəsinə seçkilər keçirilir. Bu seçkilər siyasi leksikona aralıq seçkilər adı ilə düşüb. Növbəti aralıq seçkilər 2026-cı ildə olacaq.

Yaxın aylarda, bəlkə də həftələrdə İsrailin İrana növbəti zərbələr endirəcəyini ehtimal edən Trita Parsi vurğulayır: “Əlbəttə, İran liderləri bundan yayınmaq istərdilər. Amma o biri yandan da İran “ot biçmə” strategiyasını puça çıxarmaq üçün, güman ki, yeni müharibənin elə başlanğıcındaca İsrailə güclü və sürətli zərbələrlə cavab verməyə çalışacaq. İranın xarici işlər naziri Abbas Əraqçi “Təcavüz təkrarlansa, daha qətiyyətli və gizlədilməsi mümkün olmayan şəkildə cavab verməkdən çəkinməyəcəyik” deyib. İran liderləri hesab edirlər ki, yeni hücum İsrailə baha oturmalıdır, yoxsa İranın raket potensialı tam sıradan çıxa, ölkə müdafiəsiz qala bilər”.

Çox şeyin tərəflərdən hansının daha çevik hərəkət edəcəyindən asılı olduğunu, amma bu məsələdə bir sıra sualların açıq qaldığını, heç bir tərəfin həmin suallara inamla cavab tapa bilmədiyini yazan müəllif qeyd edir ki, ABŞ prezidenti Donald Trampın növbəti İsrail-İran savaşına reaksiyası həlledici rol oynaya bilər: “Tramp isə belə görünür ki, uzunmüddətli münaqişəyə qarışmaq istəmir”.

Bununla yanaşı yenidən müharibə alovlanarsa, Donald Trampın daha məhdud müdaxilə ilə kifayətlənə bilməyəcəyini düşünən Trita Parsinin gümanına görə, bu dəfə Tramp ya bütünlüklə müharibəyə girməli, ya da tamam yaxasını qırağa çəkib durmalı olacaq. Müəllif ikinci versiyanı o qədər də ağlabatan saymır.

İran İslam Respublikası 1979-cu ildə, inqilab dalğasında yaradılıb. Dövlət başçısı səlahiyyətlərini ali rəhbər həyata keçirir. 1989-cu il iyunun 3-dən bu postu 1939-cu il təvəllüdlü Əli Xamneyi tutur.

Hökumət başçısı funksiyası daşıyan İran prezidenti ümumxalq səsverməsində 4 il müddətinə seçilir. 2024-cü il iyulun 28-dən 1954-cü il təvəllüdlü Məsud Pezeşkian prezidentdir.

290 nəfərlik ölkə parlamenti (İslam Şurası Məclisi) 4 ildən bir majoritar sistemlə (dairələr üzrə) seçilir. İndiki parlament 2024-cü ilin yazında formalaşıb.

Mənbə: Foreignpolicy.com

Sülh sazişinin mətni

  • 11 Avqust 2025
  • comments

“AzəriLayt” bu ay nə qədər ucuzlaşıb?

  • 12 Avqust 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstan: yerli seçkilərə 17 partiya buraxılıb

GLOBALS:0
comments
ManşetXəbər

Sülh sazişinin mətni

GLOBALS:0
comments
ManşetXəbər

Ermənistan-Azərbaycan münaqişəsi kimləri yola salıb?

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Netanyahunun sülh şərtləri

GLOBALS:0

Tags

  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Gürcüstan: yerli seçkilərə 17 partiya buraxılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstan: yerli seçkilərə 17 partiya buraxılıb

GLOBALS:0
comments
ManşetXəbər

Sülh sazişinin mətni

GLOBALS:0
comments
ManşetXəbər

Ermənistan-Azərbaycan münaqişəsi kimləri yola salıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda